Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Yaponiyada işgüzar səfərdə olub
8–9 aprel tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti beynəlxalq təcrübə mübadiləsi proqramları çərçivəsində Yaponiya Respublikasına işgüzar səfər həyata keçirib.
Səfər çərçivəsində ilk olaraq Azərbaycan Banklar Assosiasiyası nümayəndə heyətinin Yaponiya Banklar Assosiasiyası (Japanese Bankers Association – JBA) ilə görüşü keçirilib.
8 aprel 2026-cı il tarixində baş tutan görüşdə ABA nümayəndə heyəti JBA rəhbərliyi və əlaqədar qurumların ekspertləri ilə bir araya gəlib.
Görüşdə ABA-nı prezident Zakir Nuriyev, icraçı direktor Yunus Abdulov, Azərbaycan Mərkəzi Bankının, ölkənin aparıcı banklarının və Azərbaycan Kredit Bürosunun nümayəndələri təmsil ediblər.
Yapon tərəfini isə JBA-nın sədr müavini və baş icraçı direktoru Yasuyuki Matsumoto və onun heyəti — Masayuki Saegusa, Yoji Oki, Ayako Suwa və Reo Takizawa təmsil ediblər.
Görüş çərçivəsində Yasuyuki Matsumoto Yaponiya bank sistemi, ölkənin makroiqtisadi vəziyyəti, ödəniş infrastrukturu və rəqəmsal bankçılığın inkişaf istiqamətləri barədə məlumat verib.
ABA nümayəndə heyəti isə Azərbaycan bank sektorunda rəqəmsallaşma prosesləri, ödəniş sistemlərinin genişləndirilməsi, maliyyə və bank sahəsində aparılan islahatlar və mövcud tənzimləmə çərçivəsi barədə qarşı tərəfi məlumatlandırıb.
Səfər çərçivəsində nümayəndə heyəti həmçinin The Japanese Banks’ Payment Clearing Network, Cooperation Agency for Anti-Money Laundering, Mizuho Bank, Money Forward, Inc., eləcə də Yaponiya Mərkəzi Bankı ilə bir sıra yüksək səviyyəli işgüzar görüşlərdə iştirak edib.
Görüşlər zamanı tərəflər bankçılıq sektorunda qabaqcıl beynəlxalq təcrübələr, rəqəmsal aktivlər, süni intellekt texnologiyalarının maliyyə sektorunda tətbiqi, eləcə də maliyyə əməliyyatlarının şəffaflığının artırılması istiqamətində geniş fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində əldə olunan nəticələr Azərbaycan və Yaponiya bankçılıq sektorları arasında əməkdaşlığın daha da genişləndirilməsi, innovativ yanaşmaların tətbiqi və institusional inkişafın dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
2 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım













.jpg)



.jpg)







