“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
(®) “Rabitəbank” ASC ekoloji məsuliyyət və dayanıqlı gələcək prinsiplərinə uyğun olaraq yeni “Yaşıl yol” kampaniyasına start verib. Kampaniya çərçivəsində Kartmane kartları ilə elektrikli avtomobillərin şarj ödənişlərini həyata keçirən müştərilər 10% keşbek qazanmaq imkanı əldə edəcəklər.
18 may – 30 iyun 2026-cı il tarixlərini əhatə edən kampaniyanın əsas məqsədi ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsini təşviq etmək, müştərilərə əlavə üstünlüklər təqdim etmək və dayanıqlı gələcəyə töhfə verməkdir. “Qazanc, təmiz ətraf mühit və rahatlıq birlikdə!” mesajı ilə təqdim olunan kampaniya çərçivəsində istifadəçilər həm qənaət edəcək, həm də ətraf mühitin qorunmasına dəstək göstərəcəklər.
Kampaniya çərçivəsində yalnız elektrikli avtomobillərin enerji ilə şarj olunması üçün həyata keçirilən ödənişlər nəzərə alınır. Kartmane debet və kredit (taksit) kartları- MC World/Visa Rewards və MC Black/Visa Infinite ilə edilən ödənişlərə hər əməliyyat üzrə 10% keşbek hesablanır. Kampaniya üzrə minimal ödəniş tələbi yoxdur və aylıq maksimal keşbek məbləği 50 AZN təşkil edir.
“Rahat bankçılıq” konsepsiyasını fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyən edən Rabitəbank hər zaman innovativ və müştəriyönümlü həlləri ilə yanaşı, ekoloji məsuliyyət, rəqəmsal transformasiya və gündəlik həyatı daha rahat edən üstünlükləri özündə birləşdirən layihələri ilə də seçilir.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platformasıvə 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
2 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)





.jpg)


.jpg)







