Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası

BBC 500 milyon funt-sterlinqlik qənaət planı çərçivəsində ilkin mərhələdə 550 əməkdaşının işinə son verəcəyini açıqlayıb. Qurum üzrə ümumilikdə 1 800–2000 nəfərlik işçi ixtisarının nəzərdə tutulduğu bildirilir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
iç səhifə xəbər şəkil altı (mobil)_32

Britaniyanın ictimai yayım korporasiyası BBC növbəti iki il ərzində qurum üzrə 500 milyon funt-sterlinq qənaət etməyi hədəfləyən planının ilk mərhələsi çərçivəsində 550 əməkdaşla yollarını ayıracağını açıqlayıb.

Marja xəbər verir ki, BBC News-un müvəqqəti baş icraçı direktoru Conatan Manro əməkdaşlara göndərdiyi elektron məktubda ixtisarların xəbər bölməsini, Şotlandiya, Uels və Şimali İrlandiya üzrə yayımları, həmçinin televiziya və radio kontent komandalarını əhatə edəcəyini bildirib.

Manro qənaət proqramı çərçivəsində Radio 4-də yayımlanan “The World Tonight” proqramının bağlanacağını açıqlayıb. O, həmçinin “Today” proqramında daimi aparıcıların sayının sentyabr ayından etibarən 5-dən 4-ə endiriləcəyini və şənbə buraxılışlarının bir aparıcı ilə efirə gedəcəyini qeyd edib.

Manro bildirib ki, BBC One kanalında yayımlanan “Breakfast” proqramı da sentyabr ayından etibarən bazar günləri efirə çıxmayacaq. O, “Sunday with Laura Kuenssberg” və “Newsnight” proqramlarının istehsal komandalarının birləşdiriləcəyini də ifadə edib.

Manro açıqlanan planın xəbər bölməsində təxminən 200 nəfərin işini itirməsinə səbəb olacağını və bu addım vasitəsilə 25 milyon funt-sterlinq qənaət edilməsinin hədəfləndiyini bildirib.

Təxminən 21 min 500 tamştatlı əməkdaşı olan BBC gəlirlərinin böyük hissəsini televiziya lisenziya haqlarından əldə edir. Lakin son illərdə lisenziya sahibi şəxslərin sayının azalması qurumun gəlirləri üzərində təzyiq yaradır.

İşçi sayında 2 minə yaxın azalma hədəflənir

BBC-nin baş direktoru Mett Brittin də əməkdaşlara göndərdiyi mesajda açıqlanan qənaət tədbirlərinin ümumi 500 milyon funt-sterlinqlik hədəfin təxminən 160 milyon funt-sterlinqlik hissəsini qarşılamağı nəzərdə tutduğunu bildirib.

Brittin plan çərçivəsində ümumi işçi sayında təxminən 1800–2000 nəfərlik azalma nəzərdə tutulduğunu qeyd edib.

Qənaət proqramının genişmiqyaslı və çətin qərarları əhatə etdiyini vurğulayan Brittin, “Qənaətlərin miqyası çətin qərarlar və diqqətli iş tələb edir. Bunların hamısı eyni anda hazır olmayacaq”, - deyə bildirib.

BBC üzrə yüksək səviyyəli rəhbər şəxslərin sayının da 10% azaldılacağını qeyd edən Brittin yaxın aylarda korporativ bölmələr də daxil olmaqla yeni qənaət addımlarının açıqlanacağını və bu çərçivədə daha təxminən 700 vəzifənin bağlanmasının gözlənildiyini bildirib.

İş elanları AzVak.az-da

BBC BBC ixtisar BBC işdən çıxarma BBC 550 əməkdaş BBC 500 milyon funt qənaət BBC qənaət planı BBC işçi ixtisarı BBC əməkdaşları BBC News Jonathan Munro Conatan Manro Matt Brittin Mett Brittin BBC baş direktoru Britaniya ictimai yayımçısı Böyük Britaniya mediası BBC proqramları The World Tonight Today proqramı BBC Breakfast Sunday with Laura Kuenssberg Newsnight Radio 4 BBC One televiziya lisenziya haqları BBC gəlirləri BBC maliyyə problemi BBC iş yerləri BBC-də 2 min ixtisar BBC-də 1800 işçi ixtisarı BBC-də rəhbər ixtisarı media sektorunda ixtisarlar Böyük Britaniyada media böhranı ictimai yayım televiziya və radio xəbər bölməsində ixtisar BBC 2026 media xəbərləri dünya mediası beynəlxalq media xəbərləri
18.06.2026 08:45
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19