970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

NEQSOL Holding Özbəkistanda kritik mineralların işlənilməsinə dair saziş imzalayıb

AzVak-mobil_resmin_ustu_31
NEQSOL Holding Özbəkistanda kritik mineralların işlənilməsinə dair saziş imzalayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

NEQSOL Holding Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiya Nazirliyi ilə Özbəkistanda titan kimi strateji xammal növləri də daxil olmaqla kritik mineralların birgə işlənilməsinə dair əməkdaşlıq sazişi imzalayıb.

Sazişi NEQSOL Holding-in İdarəetmə Şurasının sədri Yusif Cabbarov 5-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumu (TIIF2026) çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovun iştirakı ilə keçirilən Azərbaycan-Özbəkistan ikitərəfli sənədlərinin rəsmi imzalanma mərasimində imzalayıb.

Reklam_3_11

Forum çərçivəsində Yusif Cabbarov Azərbaycan nümayəndə heyətinin tərkibində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşdə də iştirak edib. Görüşdə Azərbaycan və Özbəkistan arasında investisiya əməkdaşlığının prioritet istiqamətləri və əməkdaşlıq münasibətlərinin dinamik inkişafı barədə müzakirələr aparılıb.

Əməkdaşlıq sazişi aerokosmik, kimya və yüksək texnologiyalar kimi sahələr üçün mühüm əhəmiyyət daşıyan kritik mineralların işlənilməsinə imkan verəcək, eyni zamanda resursların məsuliyyətli şəkildə idarə olunmasına və daha dayanıqlı təchizat zəncirlərinin qurulmasına töhfə verəcək.

“Kritik mineralların sənaye, texnologiya və dayanıqlı inkişaf üçün rolu davamlı olaraq artır. Əməkdaşlıq sazişi bu sahənin dayanıqlı inkişaf prinsipləri əsasında işlənilməsi və fəal əməkdaşlığın qurulması istiqamətində ortaq niyyətimizi əks etdirir. Məqsədimiz bu əməkdaşlığı praktiki nəticələrə çevirməkdir”, – deyə NEQSOL Holding-in İdarəetmə Şurasının sədri Yusif Cabbarov bildirib.

Saziş tərəflər arasında perspektivli kritik mineral xammal ehtiyatlarının işlənilməsi üzrə praktiki əməkdaşlığın inkişafı üçün əsas yaradır. Əsas diqqət prioritet imkanların müəyyənləşdirilməsinə, müasir texnologiyaların və beynəlxalq standartların tətbiqinə, eləcə də uzunmüddətli dəyər və qarşılıqlı fayda yaradan layihələrin həyata keçirilməsinə yönəldiləcək.

NEQSOL Holding enerji, telekommunikasiya, yüksək texnologiyalar, tikinti və mədən sənayesi sahələrində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

NEQSOL Holding NEQSOL Holding Özbəkistan kritik minerallar strateji xammal titan ehtiyatları Özbəkistanda kritik minerallar Özbəkistan Dağ-Mədən Sənayesi və Geologiya Nazirliyi Yusif Cabbarov Daşkənd Beynəlxalq İnvestisiya Forumu TIIF2026 Azərbaycan Özbəkistan əməkdaşlığı investisiya əməkdaşlığı Əli Əsədov Abdulla Aripov Şavkat Mirziyoyev mədən sənayesi kritik mineral xammal ehtiyatları dayanıqlı təchizat zənciri yüksək texnologiyalar aerokosmik sənaye kimya sənayesi beynəlxalq standartlar müasir texnologiyalar NEQSOL mədən sənayesi Azərbaycan şirkətləri Özbəkistanda strateji mineralların işlənilməsi
23.06.2026 15:06
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19