970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib

Çinin "Tencent” və “SenseTime” şirkətlərinin təmsilçiləri ilə görüşlər keçirilib, süni intellektin bankçılıqda tətbiqi, rəqəmsal maliyyə xidmətləri və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
AzVak-mobil_resmin_ustu_31
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib

Çinin Dalian şəhərində Dünya İqtisadi Forumunun (Davos Forumu) “Yeni Çempionların İllik Toplantısı” keçirilib.

Toplantıda ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və İdarə Heyəti sədrinin müavini Taleh Tahirli də iştirak edib.

Reklam_3_11

Burada Forumun Maliyyə Xidmətlərində Süni İntellekt İcmasının “Maliyyə Xidmətləri üçün Süni İntellekt Bələdçisi” ““The AI Playbook for Financial Services”) adlı hesabatı təqdim edilib və hesabatda ABB-nin süni intellekt həlləri də nümunəvi təcrübə kimi yer alıb.

“Bu, komandamızın son illərdə gördüyü işlərin beynəlxalq səviyyədə tanınmasının daha bir göstəricisidir” – Abbas İbrahimov özünün sosial media hesabında qeyd edib.

Qeyd edək ki, Hesabatda ABB-nin maliyyə inklüzivliyini genişləndirməkdən ötrü süni intellektdən istifadə etdiyi, bank xidmətlərini hər kəs üçün sadələşdirmək məqsədilə müştərilərlə danışan süni intellekt əsaslı köməkçilərdən də yararlandığı göstərilir. Qeyd edilir ki, artıq biznes qurumları əvvəllər təsəvvür belə edilməyən və ya həyata keçirilməsi sadəcə mümkün olmayan yeni dəyər mənbələrini yaratmaqdadırlar.

Hesabatda ABB-nin təcrübəsi ilə bağlı təqdim edilən nümunə isə mikrokredit müraciətləri üzrə risk qiymətləndirməsi və qərarvermə proseslərində süni intellektin tətbiqidir. Bu həllin ABB üçün gəlirli biznes istiqaməti yaratdığı, portfel üzrə orta gəlirliliyin 21% təşkil etdiyi bildirilib.

Abbas İbrahimov, Çin Baş nazirinin aparıcı şirkətlərin rəhbərləri ilə qapalı görüşündə də iştirak edib: “Görüşdə innovasiya və süni intellektin ölkənin gələcək inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğu, xarici investorlar üçün açıq əməkdaşlıq siyasətinin davam etdiriləcəyi və qlobal çağırışların yalnız əməkdaşlıq yolu ilə həll oluna biləcəyi xüsusi vurğulandı”.

ABB nümayəndələri Şanxayda 1 milyarddan çox istifadəçisi olan WeChat və WeChat Pay ekosisteminin yaradıcısı “Tencent”, eləcə də Çinin AI və kompüter vizyon texnologiyaları üzrə aparıcı şirkətlərindən biri “SenseTime” şirkətinin təmsilçiləri ilə də görüşlər keçirib, süni intellektin bankçılıqda tətbiqi, rəqəmsal maliyyə xidmətləri və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

“Süni intellekt artıq gələcəyin deyil, bugünün rəqabət üstünlüyüdür. Bu sahədə beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi isə innovasiyaların daha sürətli tətbiqinə, yeni imkanların yaranmasına mühüm töhfə verir” – Abbas İbrahimov qeyd edib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

ABB Bank Azərbaycan Beynəlxalq Bankı Abbas İbrahimov Taleh Tahirli Dünya İqtisadi Forumu Davos Forumu Yeni Çempionların İllik Toplantısı Dalian Forumu Çin Dalian World Economic Forum AI Playbook for Financial Services Maliyyə Xidmətləri üçün Süni İntellekt Bələdçisi maliyyə xidmətlərində süni intellekt bankçılıqda süni intellekt ABB süni intellekt həlləri ABB AI həlləri ABB nümunəvi təcrübə mikrokreditlərdə süni intellekt mikrokredit risk qiymətləndirməsi kredit qərarvermə sistemi süni intellektlə risk analizi maliyyə inklüzivliyi rəqəmsal bankçılıq rəqəmsal maliyyə xidmətləri AI əsaslı köməkçilər süni intellekt köməkçiləri bank xidmətlərinin sadələşdirilməsi ABB mikrokredit portfeli
02.07.2026 17:45
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19