Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini dəyişdirmədi, Türk lirəsi dəyərdən düşdü
Türkiyə Respublika Mərkəzi Bankı ilin ilk toplantısında faiz dəhlizinin üst sərhəddini 75 bənd yüksəldərək 8.5%-dən 9.25%-ə, borcvermə faizini 10%-dən 11%-ə qaldırıb. Mərkəz Bank siyasət faizinə (uçot dərəcəsinə) toxunmayaraq 8%-də saxlayıb.
İqtisadçılar uçot dərəcəsinin 50 faiz bəndi, dəhlizin yuxarı sərhəddinin isə 150 bənd artırılaraq 10% qaldırılacağını gözləyirdilər. Beləliklə, bazarın gözləntisi təmin edilməyib. Buna görə, Türk lirəsi ucuzlaşıb.
Mərkəzi Bank son dövrdəki faktların iqtisadi fəaliyyətin qismən normallaşdığına işarə etdiyini qeyd edib.
Mərkəzi Bankın açıqlamasında "Daxili tələbat nisbi olaraq daha zəif qalarkən, Avropa Birliyi ölkələrinin tələbdəki artımın ixrac üzərindəki müsbət təsiri davam edir. Dəstəkləyici təşviq və tədbirlərin köməyi ilə iqtisadi fəaliyyətdəki mülayim toparlanma tendensiyanın davam etməsi gözlənilir. Bank, struktur islahatların həyata keçirilməsinin böyümə potensialını əhəmiyyətli dərəcədə artıra biləcəyini qiymətləndirir" -ifadələri istifadə edilib.
Mərkəzi Bankın qərarından sonra Türk lirəsi Dollar qarşısında 1%-ə yaxın dəyərdən düşüb. Dollar/TL məzənnəsi 3.82 səviyyəsinədək çıxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
17 saat əvvəl
Naxçıvan sahibkarlarından Prezident İlham Əliyevə minnətdarlıq məktubu
-
17 saat əvvəl
"Binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı" xəbərə “Kristal”dan reaksiya
-
-
1 gün əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 1 gün əvvəl
-
1 gün əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
1 gün əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
2 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
























