Azərbaycanda pirat film saytlarının fəaliyyəti ilə bağlı açıqlama
Pirat saytlar icazəsiz olaraq dataların yayımı ilə məşğuldurlar. Azərbaycanda isə açıq şəkildə fəaliyyət göstərən və reklamlardan gəlir əldə edərək pirat yayımını davam etdirən bu saytlara giriş üçün heç bir qadağa tətbiq olunmayıb. Mətbuatda dəfələrlə mövzu ilə bağlı yazılar yazılmasına baxmayaraq, bu saytlar hələ də öz pirat fəaliyyətini davam etdirir. Qanunla ağır cəza almayacaqlarını bilən bu insanlar yalnız kinoteatrlara deyil, filmin yaradıcı heyətinə, bir sözlə incəsənətin inkişafına da böyük zərbə vururlar.
Ölkə mətbuatında video.az, enter.az, myvideo.az kimi pirat saytların ölkəyə yeni gətirilən filmlərin yayımı ilə məşğul olduqları ilə bağlı yazılar dərc olunub.
Müəllif Hüquqları Agentliyindən bildirilib ki, müəlliflik hüququnun obyektləri olan əsərlərdən istifadə hüququ qanunvericilikdə nəzərdə tutulmuş müəyyən hallar istisna olmaqla müstəsna olaraq müəllifə və ya əsərə müəlliflik hüququnun digər sahibinə məxsusdur. Bu əsərlərdən istifadə müəllif (hüquq sahibi) tərəfindən verilən icazə əsasında həyata keçirilir. Əsərlərdən qeyri-qanuni və icazəsiz istifadə edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada hüquq pozuntusu yaradır və müvafiq məsuliyyətə səbəb olur.
“Müəlliflik hüququ fərdi hüquq olduğu və bu müstəvidə yaranan hüquq münasibətlərinin tərəfləri də fərdi şəxslər olduğuna görə müəlliflik hüququ pozulduğu hallarda müəllif (hüquq sahibi) qanunvericiliklə müəyyən edilmiş qaydada Müəllif Hüquqları Agentliyinə və ya məhkəməyə yazılı şəkildə müraciət etməlidir. Agentliyə müraciət daxil olduqdan sonra məsələ ilə əlaqədar müvafiq araşdırma aparılır və ekspert rəyi hazırlanır. Müəllif (hüquq sahibi) faktla bağlı “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun 15, 44, 45, 46-cı maddələri əsasında Agentliyə müraciət etdiyi təqdirdə, Müəllif Hüquqları Agentliyi tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər görüləcək”, - Agentlikdən bildirilib.
Bu sahədə yuxarıda adı çəkilən qanunlarla yanaşı, qanunla müəyyən edilmiş müəlliflik hüququnun pozulmasına görə mülki, inzibati və cinayət qanunvericiliyi ilə məsuliyyət nəzərdə tutulur. Nəticədə qeyd olunan saytların hələ nə qədər özfəaliyyət ilə məşğul ola biləcəyi artıq sual altındadır.
© Report
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
2 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)




.jpg)



.jpg)







