“Amrahbank”ın faiz gəlirləri iki dəfədən çox artıb
Cari ilin ikinci rübü ilə müqayisədə üçüncü rübdə “Amrahbank” ASC-nin faiz gəlirləri 63% artaraq 5 milyon 975 min manat təşkil edib. Bankın qeyri-faiz gəlirlərində 59% artım qeydə alınaraq 5 milyon 739 min manat təşkil etmişdir.
Bu barədə Bankdan “Marja”ya bildirilib.
Bankın məlumatında qeyd edilir ki, o cümlədən xarici valyuta əməliyyatları üzrə xalis gəlirlərdə də artım müşaidə olunub və ötən dövrdə bank tərəfindən 1 milyon 135 min manat gəlir əldə olunmuşdur. “Amrahbank” son 3 ay ərzində əməliyyat gəlirlərini 1 milyon 442 min manat artırmışdır.
“Amrahbank”ın aktivləri cari ilin birinci yarısı ilə müqayisədə 196 milyon 216 min manatdan 207 milyon 43 min manata artmışdır.
Bankın kredit portfeli keçən rüblə müqayisədə 10 milyon 802 min manat artaraq 30 sentyabr 2018-ci il tarixində 120 milyon 708 min manat təşkil etmişdir.
“Hər bir bankda olduğu kimi “Amrahbank”ın fəaliyyətində də dayanıqlı maliyyə mənbəyi kimi daimi maliyyə resurslarının formalaşması və müştəri etimadı faktorunun göstəricisi kimi depozit portfeli müstəsna əhəmiyyət kəsb edir. Belə ki, "Amrahbank"ın cəlb olunmuş vəsaitlərində də artım müşahidə olunmuşdur. İkinci rüblə müqayisədə əhalinin müddətli və tələbli əmanətlərinin həcmi 11 milyon 791 min manat artaraq 161 milyon 497 min manat olmuşdur”,- Bankın məlumatında deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 5 d. əvvəl
-
-
17 d. əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
57 d. əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
1 saat əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Nazirə yeni müşavir təyin edilib
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Ən çox oxunanlar
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb




















.jpg)




