“PARA”da paralar “əriyib” – BÖYÜK ZƏRƏR İÇİNDƏDİR
“PARA” Bank olmayan kredit təşkilatı 2017-ci ili 10 milyon 563 min manat zərər ilə başa vurub.
“Marja” təşkilata istinadən xəbər verir ki, 2016-cı illə müqayisədə “PARA”nın zərəri 17,6% artıb. Təşkilat 2016-cı ili 8 milyon 981 min manat zərər ilə bağlamışdı.
TƏŞKİLAT KİÇİLİB VƏ KAPİTALI “ƏRİYİB”
31 Dekabr 2017-ci il tarixində “Para” bank olmayan kredit təşkilatı 85 milyon 446 min manat cəmi aktivlərə, 64 milyon 548 min manat cəmi passivlərə və 20 milyon 880 min manat cəmi kapitala malik olub. Təşkilat 2016-cı ilin sonunda 126 milyon 582 min manat cəmi aktivlərə 94 milyon 530 min manat cəmi öhdəliklərə və 32 milyon 52 min manat cəmi kapitala malik idi. Ötən il təşkilatın kapitalı 11 milyon 172 min manat azalıb.
“Para” bank olmayan kredit təşkilatı 2015-ci ilin sonunda 170 milyon 627 min manat cəmi aktivlərə və 46 milyon 161 min manat cəmi kapitala malik idi.
Quliyev Eldar Elman oğlu (18.8011%), Quliyeva Alevtina Vəli qızı (16.0815%), Quliyev Vəli Eldar oğlu (12.1028%), Hacıyeva Tamilla Fərman qızı (12.669%), Quliyev Elnur Eldar oğlu (11.3935%) "Para" bank olmayan kredit təşkilatının səhmdarlarıdır.
5 MİLYON MANAT BORC ALIR
Zərər içində olmasına baxmayaraq "Para" BOKT borc almağa hazırlaşır.
Maliyyə Bazarlarına Nəzarət Palatası “Para” ASC bank olmayan kredit təşkilatının (BOKT) istiqraz emissiyasını dövlət qeydiyyatına alıb.
Emissiya prospektinə əsasən, BOKT dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 5 000 ədəd faizli, sənədsiz, təmin edilməmiş, adlı istiqraz buraxacaq.
Qiymətli kağızlar 3 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 14,5%-dir.
Emissiyanın anderrayteri “PAŞA Kapital” investisiya şirkətidir.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
1 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
2 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
3 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib



















.jpg)






