Bakıda Renault-ın yeni satış salonu açılıb, ARKANA modeli təqdim edilib
(®) Bakıda “Renault Nurgün Motors” şirkətinin yeni diler mərkəzinin və “Renault ARKANA” modelinin təqdimatı keçirilib.
Tədbirdə “Renault” şirkətinin MDB ölkələri üzrə direktoru Maks Missana qonaqları salamlayaraq, Azərbaycanda olduğu üçün məmnun olduğunu bildirib:
“Azərbaycan potensialı ilə inkişaf edən ölkədir. Bu gün biz dilerlər şəbəkəsinin genişləndirilməsi ilə bağlı işlər görürük. Etibarlı tərəfdaşımız “Nurgün Motors”la birgə “Renault” brendinin beynəlxalq standartlarına uyğun yeni diler mərkəzini açırıq.
Optimal keyfiyyət, qiymət və etibarlılığa uyğun olaraq müştərilərə təqdim edirik. Biz əminik ki, “Renault” yeni “ARKANA” modeli ilə müxtəlif müştərilərin tələbatını ödəyə və Azərbaycan avtomobil bazarında layiqli yer tuta biləcəyik”.
“Nurgün Motors” şirkətinin ikinci satış mərkəzini açmasına səbəb müştərilərə daha yüksək səviyyədə xidmət göstərməkdir.
"Nurgün" şirkətlər qrupunun Marketinq müdiri Vasif Əliyev bildirib ki, “Nurgün Motors” 2011-ci ildən başlayaraq “Renault” brendini Azərbaycanda təmsil edir:
“Düşünürəm ki, bu brendi azərbaycanlı avtomobil həvəskarlarına layiqincə təqdim edib, sevdirə bilmişik. Yeni modellərin satışında və təqdimatında, satış mərkəzlərinin qurulmasında yüksək səviyyədə müştərilərə xidmət göstərmişik. Əlbəttə, bu brendin dünyada və Azərbaycanda çox böyük nüfuzu var. Çünki “Renault” brendinin tarixi 125 ildən çoxdur”.
O bildirib ki, Azərbaycanda bu brendin həvəskarlarının sayı ildən-ilə artır:
“Bu avtomobillər dözümlülüyünə, dizayna, ən son innovativ cəhətlərinə görə digər brendlərdən seçilir. 2018-ci avtomobil bazarında dinamika müşahidə olunmağa başladı. Biz bu müsbət tendensiyadan istifadə edib “Renault” brendinin ən son modellərini Azərbaycana təqdim etməklə müştərilərimizi sevindirmək istədik”.
Onun sözlərinə görə, “Renault” brendinin ölkəmizdə nüfuzu artır və maraq yüksəkdir:
“Biz marağı gördükcə qərar verdik ki, müştərinin marağını və tələbatını təmin etmək üçün daha geniş satış mərkəzini istifadəyə verək. Yeni satış salonunda daha çox modeli təqdim edəcəyik, müştərilərimizə daha yüksək səviyyədə xidmət göstərə biləcəyik”.
Daha sonra şirkətin nümayəndələri jurnalistlərin suallarını cavablandırıblar.
Vasif Əliyev qeyd edib ki, “Renault” şirkətinin Azərbaycanla bağlı plan və layihələri böyükdür:
“Azərbaycan bazarına yeni çox sayda avtomobilin idxalı gözlənilir. Biz bu həcmdən özümüzə pay götürəcəyik. Çünki şirkətin hər bir müştərinin zövqünə uyğun olan, fərqli modelləri var”.
Maks Missana isə bildirib ki, “Formula 1” brendin dünya bazarına çıxmasında mühüm rol oynayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 7 d. əvvəl
-
- 13 d. əvvəl
-
46 d. əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
2 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
2 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
2 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
2 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb






.jpg)








.jpg)






