Azərbaycanda satılan krossoverlər arasında Audi Q7 liderdir - ARAŞDIRMA
Audi Q7 Azərbaycan bazarında satılan rəqib modellərdən daha çox “təbiətin dostu”dur.
Azərbaycanlılar iri qabaritli avtomobilləri sürməyə daha çox üstünlük verirlər. Xüsusilə, son vaxtlar yığcam və tam ölçülü krossoverlərə böyük maraq var.
Hələ də bir çoxları elə bilir ki, krossover avtomobillər, mühərrikləri böyük olduğundan atmosferi də daha çox çirkləndirirlər. Bu yalnış yanaşmadır. Son zamanlar texnologiyanın inkişafı CO2 emissiyasını kəskin azaltmağa imkan verir.
CO2 emissiyası atmosferə karbon qazının buraxılmasıdır.
Yüksək miqdarda karbon emissiyası nəticəsində yaranan turşular canlılara zərər verir. Karbon emissiyası qlobal istiləşmə prosesini sürətləndirir, gündüz ilə gecə arasındakı temperatur fərqi daha qabarıq olur, buzlaqlar əriyir. Buzlaqların əriməsi də dünyadakı su səviyyəsinin yüksəlməsinə səbəb olur.
Karbon emissiyasının azaldılması məsələsində ən böyük vəzifə, hökumətlər və şirkətlərin üzərinə düşür. Amma bizim də fərdi olaraq edə biləcəyimiz bəzi şeylər var. Atmosferi az çirkələndirən avtomobillərə yönələrək dünyamızı gözləyən fəlakətlərin baş verməməsinin qarşısının alınmasına dəstək verə bilərik.
“Marja” Azərbaycan bazarında təklif olunan tam ölçülü krossoverlərin ən kiçik müərrikli versiyalarının rəsmi CO2 tullantı rəqəmlərini araşdırıb. Məlum olub ki, yerli bazarda təklif olunan tam ölçülü krossoverlər arasında havanı ən az çirkləndirən Audi Q7 modelidir. Əraflı aşağıdakı cədvəldən tanış ola bilərsiniz.
Yeri | Modelin adı | CO2 tullantı, q/km |
1. | Audi Q7 2.0 L | 181-169 |
2. | Mercedes GLE 450 4Matic 3.0 L | 190 |
3. | Lexus RX 300 (2.0 L) | 196 |
4. | VW Touareg – 3.0 L | 205 |
5. | Porsche Cayenne 3.0 L | 210-207 |
6. | BMW X5 (3.0 L) | 211 |
7. | Hyundai Palisade 3.5 L | 231- 248 |
8. | Jeep Grand Cherokee 3.6 L | 244 |
9. | Toyota Prado 2.7 L | 292 |
10 | Lexus GX 460 (4.6 L) | 303.4 |
11. | Honda Pilot 3.0 L | Rəsmi məlumat yoxdur |
12. | Land Rover RR | Rəsmi məlumat yoxdur |
13 | Nissan Patrul 4.0 L | Rəsmi məlumat yoxdur |
Qeyd edək ki, ikinci nəsil Q7 modeli ilə Audi yeni standartlar təyin edir. Azərbaycanda Q7 modeli 53 min 900 avrodan başlayan qiymətlər ilə təklif olunur.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
7 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım












.jpg)


.jpg)









