Türkiyənin dövlət bankının Azərbaycandakı törəməsinin əməliyyat mənfəəti azalıb
“Ziraat Bank Azərbaycan” ASC 2019-cu ilin yanvar-sentyabr (9 ay) dövrünü 3 milyon 8 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 1 milyon 604 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti təxminən 1,9 dəfə artıb. Xalis mənfəətin artması ehtimal olunan kredit və depozit itkiləri üçün ehtiyata ayırmanın azalmasından qaynaqlanıb. Bankın məhsuldarlığını daha düzgün əks etdirən əməliyyat mənfəəti xərclərin artması ilə əlaqədar olaraq azalıb.
“Marja” Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-sentyabr dövründə “Ziraat Bank Azərbaycan” ASC-nin cəmi gəlirləri (faiz və qeyri-faiz) 15 milyon 780 min manat, cəmi xərcləri (faiz və qeyri-faiz) isə 11 milyon 842 min manat təşkil edib. Bank 3 milyon 938 min manat əməliyyat mənfəətinin 843 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb və 86 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-sentyabr dövründə “Ziraat Bank Azərbaycan” ASC-nin cəmi gəlirləri 13 milyon 63 min manat, cəmi xərcləri 8 milyon 705 min manat, əməliyyat mənfəəti 4 milyon 358 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətinin 2 milyon 516 min manatını ehtiyatın yaradılmasına ayırdığından və 237 min manat mənfəət vergisi ödədiyindən mənfəəti 1 milyon 604 min manata düşmüşdü.
Göründüyü kimi, ötən ilin 9 ayında “Ziraat Bank Azərbaycan”ın əməliyyat mənfəəti 4 milyon 358 min manat ikən, 2019-cu ilin eyni dövründə 3 milyon 938 min manata düşüb. Səbəb xərclərin gəlirlərdən daha çox artmasıdır.
FAİZ GƏLİRLƏRİ ARTIB, QEYRİ-FAİZ GƏLİRLƏRİ AZALIB
“Ziraat Bank Azərbaycan” ASC-nin faiz gəlirləri ötən ilin 9 ayında 9 milyon 596 min manat ikən, cari ilin 9 ayında 13 milyon 18 min manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 3 milyon 468 min manatdan 2 milyon 761 min manata düşüb.
XƏRCLƏRİ DƏ ARTIB
“Ziraat Bank Azərbaycan” ASC-nin faiz xərcləri ötən ilin 9 ayında 3 milyon 170 min manat ikən cari ilin 9 ayında 3 milyon 530 min manat təşkil edib. Qeyri - faiz xərcləri isə 5 milyon 535 min manatdan 5 milyon 968 min manata yüksəlib.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
30 Sentyabr 2019-cu il tarixində “Ziraat Bank Azərbaycan”da müştərilərə verilən kreditlər 130 milyon 593 min manat təşkil edib. 2018-ci ilin sonunda bu rəqəm 105 milyon 488 min manat idi. Beləliklə, 9 ay ərzində Bankımn kredit portfeli 25 milyon 105 min manat və ya 23,8% artıb.
9 ay ərzində Bankın cəmi aktivləri isə cüzi azalaraq 227 milyon 918 min manatdan 227 milyon 811 min manata geriləyib. Azalma Mərkəzi Bankda müxbir hesabın və "Nostro" hesabların (başqa banklardakı müxbir hesabları) düşməsilə əlaqədardır.
30 Sentyabr 2019-cu il tarixində "Ziraat Bank Azərbaycan" 67 milyon 535 min manat məcmu kapitala malik olub.
“Ziraat Bank Azərbaycan” ASC-nin səhmdarları "T.C.Ziraat Bankası Anonim Şirkəti" (99.98%), "Ziraat Sigorta Anonim Şirkəti" (0.01%) və "Ziraat Yatırım Menkul Değerler Anonim Şirkəti"dir (0.01%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
24 d. əvvəl
Netflix-dən 45,2 milyard dollar gəlir - Gəlirləri 2025-ci ilin son rübündə 17,6 faiz artıb
-
-
38 d. əvvəl
Qızılın unsiyasının qiyməti 4800 dolları da keçdi - Yeni tarixi rekord
-
8 saat əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
10 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
- 11 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
İlham Əliyev Davosda panel iclasında iştirak edib
Ən çox oxunanlar
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib






















