Tikinti layihələrinin ərazinin memarlıq üslubuna uyğun olmasına nəzarət ediləcək
Ərazinin 3D formatında vizual görünüşünün hazırlanması tələb olunacaq.
Nazirlər Kabinetinin 493 nömrəli Qərarı Prezidentin yeni tikilən binaların tikildiyi ərazinin memarlıq üslubuna uyğunluğunu təmin etmək barədə tapşırığının icrası ilə bağlı dəyişiklikləri nəzərdə tutur.
2018-ci ildə Prezidentin müvafiq Fərmanı ilə tikintisinə icazə tələb olunan binaların layihələri hazırlanarkən onların memarlıq üslubunun, tikintinin yerləşdiyi ərazinin ümumi memarlıq mənzərəsinə uyğunlaşdırılması mexanizmlərinin işlənilib hazırlanması tapşırılmışdır .
Yəni, tikilən hər bir bina yerləşdiyi ərazinin (məhəllə, küçə, rayon və s.) ümumi mənzərəsi ilə uzlaşmalı və onun tərkib hissəsi olmalıdır.
Nazirlər Kabinetinin 493 nömrəli Qərarı ilə edilmiş dəyişikliklərə əsasən hər hansı bir müfəssəl plan (məhəllə, qəsəbə və s. yaşayış məntəqəsinin və ya onların bir hissəsinə dair şəhərsalma tələblərini özündə əks etdirən plan) hazırlanan zaman planlaşdırılan ərazinin 3D formatında vizual görünüşünün hazırlanması tələb olunacaqdır.
Ərazinin 3D formatında hazırlanan vizual görünüşündə aşağıdakılar nəzərə alınmalıdır:
- binaların fasadlarının tərtibatında müasir memarlıq üslublarının tətbiqi;
- binaların memarlıq həllərində milli memarlığa xas olan irsin və şərq memarlıq üslubunun müasir formada tətbiqi;
- eləcə də, binaların xarici görünüşünün müvafiq ərazi ilə uzlaşdırılması.
Əgər müfəssəl plan yoxdursa, tikinti layihələri şəhərsalma əsaslandırılması layihələrinə (sırf tikinti obyektinin yerləşdirilməsi üçün hazırlanan planlaşdırma sənədinə) uyğun işlənilməlidir. Odur ki, yuxarıda sadalanan tələblər şəhərsalma əsaslandırılması layihələrinə də şamil edilir.
Şəhərsalma əsaslandırılması hazırlanan zaman binanın memarlıq üslubunun müəyyən edilməsi ilə bağlı sifarişçi (sahibkar, fiziki və ya hüquqi şəxs) tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ilə müraciət oluna bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir.
Tikintisinə icazə tələb olunan binaların memarlıq həllərində müvafiq ərazinin memarlıq üslubuna riayət edilmədikdə, şəhərsalma əsaslandırılmasını təsdiq edən orqan tərəfindən sifarişçiyə işçi qaydada uyğunsuzluqların aradan qaldırılması üçün zəruri tövsiyələr veriləcəkdir.
Həmin tövsiyələrə əsasən şəhərsalma əsaslandırılması layihəsi üzrə işlənilmiş memarlıq üslubunu razılaşdırmaq mümkün olmadıqda, layihə üzrə hazırlanması nəzərdə tutulan küçə daxili və məhəllədaxili yolların açılışı cizgiləri sifarişçinin ərizəsi əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ödənişsiz qaydada tərtib ediləcəkdir.
XXX
Tikinti layihələrinin memarlıq həllərində müvafiq əraziyə uyğun memarlıq üslubuna riayət olunmasına nəzarət ediləcək.
Bununla bağlı Baş Nazir Əli Əsədov “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2015-ci il 12 yanvar tarixli 5 nömrəli və “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 12 yanvar tarixli 6 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qərar Prezidentin yeni tikilən binaların tikildiyi ərazinin memarlıq üslubuna uyğunluğunu təmin etmək məqsədi ilə dəyişiklikləri nəzərdə tutur.
2018-ci ildə Prezidentin Fərmanı ilə tapşırılmışdı ki, tikintisinə icazə tələb olunan binaların layihələri hazırlanarkən onların memarlıq üslubunun, tikintinin yerləşdiyi ərazinin ümumi memarlıq mənzərəsinə uyğunlaşdırılması üçün mexanizmlər işlənib hazırlansın.
Yəni, tikilən hər bir bina yerləşdiyi ərazinin (məhəllə, küçə, rayon və s.) ümumi mənzərəsi ilə uzlaşmalı və onun tərkib hissəsi olmalıdır. Bunu həyata keçirmək üçün isə müvafiq mexanizmlərin işlənib hazırlanması tapşırılmışdı.
NK-nın 493 saylı Qərarı bu məqsədlə əvvəlki qərarlara dəyişiklik edib.
Edilmiş dəyişikliklərə əsasən hər hansı bir müfəssəl plan (məhəllə, qəsəbə və s. yaşayış məntəqəsinin və ya onların bir hissəsinə dair şəhərsalma tələblərini özündə əks etdirən plan) hazırlanan zaman planlaşdırılan ərazinin 3D formatında vizual görünüşünün hazırlanması tələb olunacaq.
Ərazinin 3D formatında hazırlanan vizual görünüşündə aşağıdakılar nəzərə alınmalıdır:
- binaların fasadlarının tərtibatında müasir memarlıq üslublarının tətbiqi;
- binaların memarlıq həllərində milli memarlığa xas olan irsin və şərq memarlıq üslubunun müasir formada tətbiqi;
- eləcə də binaların xarici görünüşünün müvafiq ərazi ilə uzlaşdırılması.
Əgər müfəssəl plan yoxdursa, tikinti layihələri şəhərsalma əsaslandırılması layihələrinə (sırf tikinti obyektinin yerləşdirilməsi üçün hazırlanan planlaşdırma sənədi) uyğun işlənməlidir. Odur ki, yuxarıda sadalanan tələblər şəhərsalma əsaslandırılması layihələrinə də şamil edilir.
Şəhərsalma əsaslandırılması hazırlanan zaman binanın memarlıq üslubunun müəyyən edilməsi ilə bağlı sifarişçi (sahibkar, fiziki, hüquqi şəxs) tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ilə müraciət oluna bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir.
Tikintisinə icazə tələb olunan binaların memarlıq həllərində müvafiq ərazinin memarlıq üslubuna riayət edilmədikdə, şəhərsalma əsaslandırılmasını təsdiq edən orqan tərəfindən sifarişçiyə işçi qaydada uyğunsuzluqların aradan qaldırılması üçün zəruri tövsiyələr veriləcək.
Həmin tövsiyələrə uyğun olaraq şəhərsalma əsaslandırılması layihəsi üzrə işlənilmiş memarlıq üslubunu razılaşdırmaq mümkün olmadıqda, layihə üzrə hazırlanması nəzərdə tutulan küçə və məhəllədaxili yolların açılışı cizgiləri sifarişçinin ərizəsi əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ödənişsiz qaydada tərtib ediləcəkdir.
© "Report"
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 d. əvvəl
-
- 22 d. əvvəl
-
1 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
1 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
11 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Rəsmi məzənnələr açıqlandı
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir






















