Bu həftə gündəm zəngindir
Bu həftə ABŞ ilə Çin arasında ticarət sazişinin imzalanması ilə yanaşı, açıqlanacaq önəmli fundamental göstəricilərin zənginliyi ilə də seçilir.
EUR
Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri çərşənbə günü ABŞ ilə Çin arasında ticarət sazişinin ilkin mərhələsinin imzalanması öncəsi, korreksiya etməkdədir. Lakin bahalaşmanın yeni dalğasının müşahidə edilə biləcəyi proqnozlaşdırılır. Beləliklə, 1.11$-ın üzərində ticarət edilən EUR/USD məzənnəsində, yeni eniş dalğası başlaya bilər və ən yaxın hədəf 1.10$-dır.
Bununla yanaşı, çərşənbə axşamı və cümə axşamı Bakı vaxtı ilə saat 17:30-da ABŞ-dan müvafiq olaraq inflyasiya və sənaye sektorunda aktivlik və çərşənbə günü saat 14:00-da Avrozonada sənayə istehsalı ilə bağlı açıqlanacaq önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.
GBP
GBP/USD məzənnəsi də təzyiq altındadır və keçən həftənin minimumu qıralarsa, ucuzlaşma 1.29$-a kimi sürətlənə bilər.
Böyük Britaniyadan isə bazar ertəsi saat 13:30-da iqtisadi inkişaf, ticarət saldosu və çərşənbə günü eyni saatda inflyasiya ilə bağlı məlumatlar açıqlanacaqdır.
TRY
Lirədə bahalaşma müşahidə edilir və bahalaşmanın 5.78TL-yə kimi davam edə biləcəyi proqnozlaşdırılır.
Türkiyə də bazar ertəsi saat 11:00-da cari əməliyyatlar balansı, çərşənbə axşamı saat 11:00-da pərakəndə satış, çərşənbə günü saat 11:00-da büdcə balansı ilə bağlı məlumatların və cümə axşamı saat 15:00-da Türkiyə Mərkəzi Bankının faiz qərarının açıqlanması fonunda da diqqət mərkəzində olacaqdır.
OIL
Enerji birjalarında Avropanın Brent markalı neftinin bir barel qiymətində 65$-a kimi korreksiya müşahidə edilir. Bunun dərinləşə biləcəyinə dair ehtimallar isə çərşənbə günü saat 19:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlardan asılı olacaqdır.
ABŞ ilə İran arasında geosiyasi mübarizənin genişlənməsi də qiymətlərə güclü təsir etməkdədir.
GOLD
Dünyada siyasi və iqtisadi risklərin mövcudluğu, əlvan metallar bazarlarında qızıla olan tələbin aktual səviyyələrdə qalmasına səbəb olur. Belə ki, bir unsiya üzrə qiymət keçən həftə 1540$-a (49.5 $/qram) kimi ucuzlaşsa da yenidən bahalaşmağa başlayıb. Təhlillərə əsasən, qiymət sonuncu səviyyənin üzərində qaldıqca, bahalaşma 1584$-a (50.9 $/qram) kimi davam edə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
- 43 d. əvvəl
-
49 d. əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 54 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım













.jpg)



.jpg)









