Bank Respublika daha asan və sürətli kredit ayıracaq - YENİ SİSTEM TƏTBİQ EDƏCƏK
Bank Respublika və IFC aqro sahədə əməkdaşlığını gücləndir. Bank bu çərçivədə yeni risklərin idarə edilməsi sistemini tətbiq edəcəkÖlkəmizdə kənd təsərrüfatının inkişafına böyük dəstək verən Bank Respublika, aqrar sektorda fəaliyyət göstərən sahibkarların kredit məhsullarından istifadə imkanlarının artırılması və kreditlərin verilməsi prosesinin daha da sürətləndərilməsi məqsədilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə yeni saziş imzalamışdır.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, saziş çərçivəsində, Bank kənd təsərrüfatının kreditləşdirilməsi istiqamətində imkanlarını artıracaq yeni “CLARA” risklərin idarə edilməsi sistemini tətbiq edəcək.
Yeni saziş üzrə əməkdaşlıq əlaqələrinin genişləndiliməsini IFC ilə bir çox layihələrin uğurlu nəticələrinin göstəricisidir. İmzalanmış saziş çərçivəsində tətbiq olunacaq yeni sistem Bankın strateji kursuna müvafiq olaraq Azərbaycanın bütün regionlarında sahibkarlığın inkişafına istiqamətləndiriləcəkdir.
Əməkdaşlıq çərçivəsində kənd təsərrüfatının müxtəlif sahələrində çalışan şəxslər,Bank Respublikanın ölkəmizin bütün bölgələrini əhatə edən filiallarına müraciət edərək daha asan və sürətli şəkildə kredit əldə edə biləcəklər.
Respublikanın əksər regionlarında filiallara malik olan Bank, özünün strategiyasına müvafiq olaraq əhaliyə, mikro, kiçik və orta sahibkarlığa dəstək göstərən layihələr həyata keçirməklə qeyri-neft sektorunun sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət kimi sahələrinin inkişafında öz töhfəsini verməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
5 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
-
6 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 14 d. əvvəl
-
38 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir


























