“Ziraat Bank Azərbaycan”dan yeni “Səmərəli Əmanət”!
(®️) “Ziraat Bank Azərbaycan” müştərilərinin rahatlığını düşünərək, həmçinin müştəri tələblərini nəzərə alaraq yeni “Səmərəli Əmanət” məhsulunu təqdim edir.
Qeyd olunan məhsul fiziki və hüquqi şəxslərin sərbəst pul vəsaitlərinin səmərəli yerləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Həmçinin “Səmərəli Əmanət” məhsulu fiziki və hüquqi şəxslərin AZN və USD valyutasında olan əmanətini həm etibarlı şəkildə dəyərləndirilməsinə, həm də bitmə vaxtının gün olaraq seçilməsinə imkan verir.
Bildiyimiz kimi, əmanət yerləşdirdiyimiz zaman əmanət müddəti əsasən aylıq və illik olaraq müəyyən edilir. “Ziraat Bank Azərbaycan” isə müştərilərinin tələblərini nəzərə alaraq yeni məhsulunda yerləşdirilən əmanətlər üçün əmanət müddətini aylıq və illik olaraq deyil, günlük olaraq seçmə imkanı yaradır. Belə ki, müştərilər artıq əmanətlərinin bitmə vaxtını istədikləri gün olaraq seçə biləcəklər. Bu da müştərilərə əmanətlərini istədikləri vaxt aralığında dəyərləndirmə imkanı verir.
“Səmərəli Əmanət” məhsulunda əmanət faizləri müştərilərə müddət sonunda təqdim ediləcəkdir. Həmçinin əmanətlər AZN və USD valyutasında yerləşdiriləcəkdir. Əmanət faizləri haqqında məlumatı isə aşağıda qeyd olunan cədvəldən əldə edə bilərsiniz.
“Ziraat Bank Azərbaycan” müştərilərin rahatlığı və bank əməliyyatlarının daha da sürətlənməsi üçün daim yeni məhsullar istehsal edir və mövcud məhsullarını inkişaf etdirir.
Əlavə olaraq, “Ziraat Bank Azərbaycan” ASC Türkiyənin 157 illik tarixə malik Ziraat Maliyyə Qrupunun törəmə Bankı olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində yaxın müddətdə fəaliyyətə başlamış Əhməd Rəcəbli filialı ilə birlikdə Bakı, Gəncə və Sumqayıt şəhərləri olmaqla 5 filialı mövcuddur. Buna əlavə olaraq Bank qısa müddət ərzində filialların sayını 2 dəfəyə yaxın artırmağı planlaşdırır. Bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytına daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 43 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb






















