Hesab.az və Visa-dan Yeni il kampaniyası!
(®️) Ödəniş sahəsi üzrə rəqabətin kəskin olduğu bir şəraitdə Goldenpay/Hesab.az rəqiblərindən ciddi şəkildə fərqlənməyi həmişə bacarmışdır. İstər ödənişlərin rahatlığı, təhlükəsizliyi, sürətliliyi baxımından istərsə də, həyata keçirdikləri müxtəlif faydalı kampaniyalar ilə daim istifadəçilərin yüksək rəğbət və təqdirini qazanmışdır.
Visa ilə Hesab.az-ın birlikdə həyata keçirdikləri kampaniyalar həmişə uğurlu şəkildə nəticələnmişdir. Yenidən əməkdaşlıq etməklə mövcud olduqları bazarda sahib olduqları istifadəçi, müştəri kütləsinə faydalı, qazandıran kampaniya etməyi nəzərdə tuturlar. Minlərlə istifadəçinin qazanacağı kampaniyaya artıq bu gündən etibarən Hesab.az saytı üzərindən başlanıldı.
Kampaniya haqqında qısaca məlumat vermək istərdik ki, Hesab.az-da qeydiyyatlı olaraq 18 Dekabr - 18 Yanvar tarixlərində saxlanılan Visa kart ilə edilən ödənişlərdə ilk 4000 nəfər növbəti ödənişlərində istifadə edə biləcəkləri 7 AZN dəyərində Hesab Koin qazanacaqlar. Qeyd edək ki, Visa ilə Hesab.az əməkdaşlığı iki ay ərzində mərhələli şəkildə olmaqla davam edəcək.
1-ci mərhələdə iştirak edib qalib olan istifadəçilər 2-ci mərhələyə haqq qazanmış olurlar. 2-ci mərhələdə kampaniya şərtlərinə uyğun olaraq iştirak edərək qalib olan istifadəçilər dəyərli hədiyyə qazanacaqlar. Dekabr ayında başlayan ilkin mərhələdən sonra 2-ci mərhələyə dərhal qoşulma imkanı olacaq və 2-ci mərhələnin Fevralın 28-də bitməyi nəzərdə tutulur. Həm fərqli, həm də yenə də qazandıracaq kampaniyada yüksək istifadəçi fəallığı olmağı gözlənilir. Kampaniya haqda ətraflı məlumat: https://hesab.az/#/visa
Hesab Koin “Qazananlar Klubu” çərçivəsində istifadəçilərə təklif olunan onlayn ödənişlər üçün nəzərdə tutulan Hesab.az-ın virtual məhsulu hesab olunur.
Məlumat üçün bildirək ki, “Qazananlar Klubu” Hesab.az-ın sadiqlik proqramı çərçivəsində təqdim etdiyi proqramdır və Hesab.az-da qeydiyyatlı olan yaxud yeni qeydiyyatdan keçən bütün istifadəçilər “Qazananlar Klubu”-na avtomatik qoşulurlar və ödənişləri müqabilində bonuslar toplaya və ya seçimi dəyişərək Hesab Koin qazana bilirlər. “Qazananlar Klubu” çərçivəsində istifadəçilər qazandıqları bonusları “Dərhal dəyiş” bölməsində sərfəli kampaniya və endirimlərə dəyişə bilirlər və ya növbəti ödənişləri üçün istifadə edə biləcəkləri Hesab Koinlər qazanırlar.
“Qazananlar Klubu”-nun yaxşı tərəflərindən biri də odur ki, istifadəçilər Hesab.az-da seçimlərini hər zaman dəyişə bilərlər, lakin qazandıqları bonuslar və Hesab Koinlər bu dəyişiklikdən heç bir şəkildə təsirlənmir .
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
2 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
Sərfəli şərtlərlə istehlak krediti
Fevralın 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var





















