Dərman preparatlarında qıtlıq
Koronavirus peyvəndinin istehsalında qlobal rəqabət digər vacib dərman preparatlarında qıtlıq yaradıb.Əczaçılıq nəhəngi Pfizer artıq xəstəxanaları xəbərdar edib.
Marja xəbər verir ki, COVID-19 virusu ilə mübarizə üçün peyvəndlərin kütləvi istehsalı və hökumətlərin milli dərman şirkətlərinə durmadan təzyiq etməsi bir sıra başqa həyati əhəmiyyətli dərmanların isteshalını kəskin şəkildə azaldıb. Bunlara xüsusilə digər yoluxucu xəstəliklərin müalicəsində tətbiq olunan vasitələr və görmə qabiliyyətini itirmənin qarşısını alan inyeksiyalar daxildir.
ABŞ-ın və dünyanın ən iri əczaçılıq şirkətlərindən biri, 2020-ci ildə 47,64 milyard dollar gəlirlə ən böyük amerikan korporasiyalarının siyahısı olan Fortune 500-də 64-cü sırada qərarlaşan Pfizer bir sıra hospitallara məlumat göndərərək, bir antibiotik və bir steroidin, eləcə də testosteron tərkibli digər iki preparatın təchizatında kəsintilərə hazır olmaları barədə xəbərdarlıq edib. Dərman qıtlığı bu ilin ikinci yarısında özünü daha ciddi şəkildə biruzə verəcək.
Pfizer bu il ən azı 2 milyard COVID peyvəndi təchiz etməyi planlaşdırır. Hazırda bazardakı digər şirkətlər də dərman vasitələrinin təchizatında çətinliklə üzləşir, bəzən isə inyeksiyaları qablaşdırmaq üçün şüşə flakonlar yetərincə tapılmır. Schott North America şirkətinin vitse-prezidenti Kristofer Kassidi xəstəxanalarda hər zaman təcili yardım bölmələrində mütləq saxlanmalı olan insulin, kimyaterapiya və digər dərman vasitələrinin də artıq çatışmadığını bildirib.
Moderna və Johnson&Johnson kimi peyvənd istehsalçılarını təchiz edən Catalent və Horizon Therapeutics də əsas gücü ilk növbədə vaksin istehsalına veriblər, bu isə minlərlə tiroid göz xəstələri üçün olduqca vacib preparat olan Tepezzanın bir müddət yoxluğu deməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 1 saat əvvəl
-
1 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
2 saat əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
2 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
2 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 23-də gözlənilən hava şəraiti
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Ən çox oxunanlar
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir























