Apple 308 milyon dollar təzminat ödəyəcək
Texnologiya dünyasının liderlərindən biri patent hüquqlarını pozmaqda ittiham edilir.ABŞ-ın Texas ştatının Federal Məhkəməsi Apple Korporasiyasının Personalized Media Communications LLC (PMC) şirkətinə rəqəmsal hüquqların idarə edilməsi ilə əlaqədar patent pozuntusuna görə 308,5 milyon dollar təzminat ödəməsi barədə qərar çıxarıb.
Marja xəbər verir ki, patent və əqli mülkiyyət hüquqlarının lisenziyalaşdırılması üzrə ixtisaslaşan PMC hələ 2015-ci ildə Apple-a qarşı iTunes xidmətinin onun yeddi patentini pozması ilə əlaqədar məhkəmə iddiası qaldırmışdı.
Apple o zaman məhkəmədə qalib gəlmiş, lakin apellyasiya instansiyası ötən ilin martında bu qərarı ləğv edərək, təkrar araşdırmaya göndərmişdir.
Apple məsələni dərhal şərh etmədən qısaca bildirib: “Heç bir məhsul istehsal etməyən və satmayan belə şirkətlərin qaldırdığı iddialar innovasiyanı boğur və nəticədə istifadəçilərə ziyan vurur”.
PMC-nin hazırda məhkəmələrdə digər texnoloji nəhənglərə, o cümlədən Netflix-ə, Google-a və Amazon-a qarşı da prosesdə olan təzminat iddiaları var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 1 saat əvvəl
-
1 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
2 saat əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
2 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
2 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 23-də gözlənilən hava şəraiti
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Ən çox oxunanlar
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
























