Qlobal çip böhranının çarəsi - yüz milyardlarla dollar
Qitələrarası yeni bazar savaşı başlayırPandemiyanın qlobal iqtisadi terminologiyaya və hamımızın həyatına gətirdiyi yeni ifadə - “çip böhranı” hələ də davam etməkdədir.
Bu mürəkkəb mikrosxemlər avtomobil sənayesindən tutmuş PlayStation konsollarına, müasir dronlardan tutmuş xanımların sevimlisi kiçik epilyatorlara qədər bütün sahələrdə ən vacib elementlərdən biridir. Onların çatışmaması və tələb olunan həcmdə təchiz edilməməsi nəticəsində Ford, General Motors, Volkswagen, Hyundai, Toyota, Nissan kimi nəhənglər istehsalı azaldır, Apple ən son Iphone modelinin təqdimatını gecikdiririr, HP, Dell, Toshiba, Sony, Lenovo kimi məşhur kompüter istehsalçıları sifarişləri çatdıra bilmir və sair.... Sadaladıqlarımız hələ irili-xırdalı minlərlə sənaye müəssisəsi arasında ən çox tanınmışlardır...
Dünyanın ən iri mikrosxem istehsalçısı Tayvan Yarımkeçirici Elementlər Zavodu (TSMC), yaxud Qərbdəki adı ilə “Foxconn” çip böhranının ən tezi gələn ilin ortalarında səngiyəcəyini bildirir. Bəs iri istehsalçılar və onların yerləşdiyi ölkələr bu problemi həll etmək üçün hansı tədbirləri görür və ya planlaşdırır?
Marja bazardakı vəziyyəti araşdırıb.
Cənubi Koreya “çip təhlükəsizliyi”ni təmin etmək üçün irihəcmli proqram qəbul edən sonuncu ölkədir. Ötən həftə hökumət 2030-cu ilə qədər çip istehsalına 510 trilyon von (452 milyard dollar) investisiya yatırılacağını bildirib. Əsas hissəsi ölkədəki özəl şirkətlər tərəfindən təmin ediləcək bu investisiya açıqlanan qlobal planlar arasında həcminə görə ən böyüyüdür. Prezident Mun Çje İn mayın 10-dakı çıxışında çip istehsalçılarına geniş miqyaslı vergi, maliyyə və infrastruktur güzəştlərinin veriləcəyini bildirib: “Dünya iqtisadiyyatının nəhəng transformasiya prosesində yarımkeçiricilər bütün sənaye sahələrinin vazkeçilməz elementinə çevrilib. Bu məhsulların istehsalında dünya miqyasında liderlərdən biri kimi, hazırda artan tələbatın yaratdığı fürsətdən istifadə edərək, milli sənaye maraqlarımızı qorumağa davam edəcəyik”.
Xatırladaq ki, hazırda qlobal çip istehsalında Tayvan birinci, Cənubi Koreya ikinci, ABŞ üçüncü, Çin və Avropa isə sonrakı mövqelərdə qərarlaşıb. Boston Consulting-in araşdırmalarına görə, ABŞ-ın qlobal çip istehsalında payı 1990-cı ildəki 37%-dən 2020-cildə 12%-ə qədər azalıb. Çinin 2020-ci ildəki 15% payının isə 2030-cu ilə qədər artaraq, 24%-ə çatacağı proqnozlaşdırılır.
Cənubi Koreyanın iki nəhəng şirkəti - Samsung növbəti 10-illikdə çip istehsalına 170 trilyon von (150 milyard dollar), SK Hynix isə 230 trilyon von (203 milyard dollar) yatıracaqlarını bildirib. Tayvan nəhəngi TSMC növbəti 3 il ərzində çip istehsal gücünü maksimuma çatdırmaq üçün 100 milyard dollar xərcləməyi planlaşdırır.
Digər qlobal oyunçular - Çin, ABŞ və Avropa da həm yerli istehsalı tam həcmdə çiplə təmin etmək, həm də ən gəlirli bazarlardan birində daha çox yer tutmaq üçün yarışa giriblər. ABŞ Prezidenti Bayden mart ayında açıqladığı 2 trilyon dollarlıq yeni investisiya proqramında təkcə 50 milyard dollar vəsaiti çip istehsalının təşkilinə ayırıb. Amerikanın əsas çip istehsalçısı Intel Arizonada qısa müddətdə 20 milyard dollarlıq 2 zavod tikəcəyini bəyan edib. Avropa İttifaqı rəsmiləri martda 2030-cu ilə qədər qlobal çip istehsalında paylarının hazırkı 10%-dən 20%-ə qədər artırmaq niyyətində olduqlarını bildirib.
Çin illik 300 milyard dollar həcmində çip idxalı ilə dünya lideridir. Ölkə rəhbəri Si Tzinpin isə yerli istehsala ciddi dəstək verməklə, bu asılılığı sürətlə azaltmaq üçün yeni proqram qəbul edəcəklərini vurğulayıb. Əsas yerli istehsalçılardan olan SMIC şirkəti ötən cümə günü birinci rübdə satışların 22% artaraq, 1,1 milyard dollara çatdığını açıqlayıb.
Göründüyü kimi, dünya iqtisadiyyatının 90%-ni, qlobal ticarətin isə 80%-ini öz əllərində cəmləşdirən G20 ölkələr qrupunün üzvləri çip böhranını həll etmək üçün maksimum səylər göstərir. Bu tədbirlərin nə dərəcədə səmərəli olacağı növbəti ildən başlayaraq özünü göstərəcək. Hələlik isə, çip çatışmazlığına görə bir çox sənaye məhsullarında qiymətin artacağı daha inandırıcı görünür....
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 saat sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 11 d. sonra
-
-
13 saat əvvəl
Avropalı milyarderlər nəhəng şin istehsalçısının səhmləri üçün çinli tərəfdaşla danışıqlara başlayıb
-
13 saat əvvəl
Avropa İttifaqının ən yüksək məhkəməsi Google-a 4,1 milyard avroluq cəriməni qüvvədə saxlayıb
-
14 saat əvvəl
Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
-
14 saat əvvəl
ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib
-
15 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
70 000 manatadək kredit - KOMİSSİYASIZ
Ən çox oxunanlar
Xankəndidə ABB-nin Çağrı Mərkəzinin açılışı oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"AzerGold" gümüş külçələrin qiymətlərini açıqladı: 1 kiloqramlıq külçə 5 min manata satılır
“FINCA Azerbaijan” illik 15%-lə 1 milyon 500 min manat cəlb etdi - 51 İNVESTORDAN 51 SİFARİŞ
“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO
Aktivləri 4 milyard manatı keçib, mənfəəti 15%-dən çox artıb






















