WeWork 1,45 milyard GBP zərər etdi
Səhmlərinin bir hissəsini birjada investorlara satmağa (İPO) hazırlaşan paylaşılan ofisləri idarə edən "WeWork" şirkəti, Covid-19 epidemiyasının ofis istifadəsini azaltmasının təsiri ilə zərər etdiyini açıqlayıb.
Marja xəbər verir ki, "WeWork" maliyyə ilinin ilk rübündə 1,45 milyard funt-sterlinq zərər edib. İlk rübdə cəmi ofis doluluq nisbətinin 50% olduğu, bu nisbətin keçən ilin son rübündə 47% səviyyəsində reallaşdığı da qeyd edilib.
"WeWork" İPO üçün son dövrdə məşhur olan xüsusi məqsədli satın alma şirkəti ilə birləşmək üsulunu seçərək "BowX Acquisition Corp" ilə birləşmiş və bazar dəyəri 9 milyard dollar olaraq təyin olunmuşdu.
"WeWork"un 2020-ci ilin Mart ayında 693 min olan üzv sayı bu ilin ilk rübündə 490 min təşkil edib.
Adam Neumann və Miguel McKelvey tərəfindən 2010-cu ildə qurulan "WeWork", şirkətlərə ortaq işləmək və ofis mühiti təmin edən bir təşəbbüsdür. "WeWork"un məqsədi, müxtəlif ölkələrdə kirayəyə götürdükləri şirkət binalarında rahat ofislər hazırlayaraq bunları müştəri ilə əlaqələndirməkdir. Milyonlarla dollar sərmayə alan bu təşəbbüsün ən böyük sərmayəçilərindən biri‘‘Softbank Vision Fund'dır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 saat sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 d. sonra
-
-
13 saat əvvəl
Avropalı milyarderlər nəhəng şin istehsalçısının səhmləri üçün çinli tərəfdaşla danışıqlara başlayıb
-
14 saat əvvəl
Avropa İttifaqının ən yüksək məhkəməsi Google-a 4,1 milyard avroluq cəriməni qüvvədə saxlayıb
-
14 saat əvvəl
Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
-
15 saat əvvəl
ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib
-
15 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
70 000 manatadək kredit - KOMİSSİYASIZ
Ən çox oxunanlar
Xankəndidə ABB-nin Çağrı Mərkəzinin açılışı oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"AzerGold" gümüş külçələrin qiymətlərini açıqladı: 1 kiloqramlıq külçə 5 min manata satılır
“FINCA Azerbaijan” illik 15%-lə 1 milyon 500 min manat cəlb etdi - 51 İNVESTORDAN 51 SİFARİŞ
“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO
Aktivləri 4 milyard manatı keçib, mənfəəti 15%-dən çox artıb






















