"Fermerləri bazar qiymətlərindən daha aşağı qiymətlə toxumla təmin edirik" - MÜSAHİBƏ
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondunun (Fond) sədri Sərxan Sərxanov ilə müsahibə.
- Hazırda Fond hansı layihələr üzərində işləyir? Toxumçuluq sahəsində fermerlərin üzləşdiyi problemlərin həllində hansı işlər görüləcək?
- Ölkə prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə toxum sektorunun inkişafı strateji hədəf kimi qarşıya qoyulub. Bu müddətdə Fond ölkədə toxumçuluq və bitkiçilik sahələrinin inkişafı istiqamətində mütəmadi iş aparıb. Belə ki, yerli toxumçuluğun təşviqi, toxum ehtiyyatlarının qorunması, strateji əhəmiyyətli toxumların kütləvi istehsalı qarşıya məqsəd kimi qoyulub. Hazırda da bu sahənin inkişafı üçün müxtəlif layihələr icra edilir. Belə ki, yaxın günlərdə Fondun yenilənmiş müasir standartlara cavab verən yeni interaktiv rəsmi saytı istifadəyə veriləcək (www.dtf.gov.az). Yeni sayt həm innovativliyi, həm də bir çox xüsusiyyətləri özündə birləşdirəcək. Saytda Fondun tabeliyində olan zavodların fəaliyyəti, emal gücü, statistik məlumatlar,elektron xidmətlər, fermerlər üçün maarifləndirici məqalələr, aqrotexiki xidmətlər, həmçinin tələb-təklif sistemi özündə əks etdirəcək. Bu sistem vasitəsi ilə alıcı və satıcı öz tələb və təkliflərini sayta təqdim etməklə ölkədə toxuma olan tələb və təklifi formalaşdıracaq. Belə ki, özlərinin sertifikatlı toxumlarına alıcı tapmaqda çətinlik çəkən toxumçular saytda elan yerləşdirməklə satış imkanı əldə edəcəklər. Bununla yanaşı Fondun dövlət – fermer tərəfdaşlığı layihəsi də nəzərdə tutulub. Layihənin yaradılmasında əsas məqsədlərdən biri məhz ölkə fermerlərini mövcud bazar qiymətlərindən daha aşağı qiymətlə, sertifikatlı, müxtəlif çeşidli, yüksək keyfiyyətli və məhsuldar toxumla təmin etməkdir. Layihə çərçivəsində idxaldan olan asıllğı aradan qaldırmaqdan ötrü məşğulluq imkanlarının arıtırlması istiqamətində istifadəsiz qalan torpaqların əkinə yararlı olması üçün, Elmi-Tədqiqat İnstitutu ilə birgə yeni toxum sortlarının yaradılması onların təşviqi və s. işlərin həyata keçirilməsi qarşıya məqsəd kimi qoyulub.
-Hazırda nə qədərt toxum emalı zavodunuz var və bu zavodlar harada yerləşir?
- Ölkəmizdə toxumçuluğun inkişaf etdirilməsi məqsədilə hazırda Fondun tabeliyində 5 toxum emalı zavodu fəaliyyət göstərir. Ağcabədi, Şəki, Tovuz, Qobustan və Xaçmaz rayonlarında fəaliyyət göstərən bu zavodların emal gücü saatda 5 tondur. Zavodlarda quraşdırılan qurğular vasitəsilə emal olunan toxum materialını 98 % təmizləmək mümkündür. Bu toxumların əkin sərfiyyatı digər qurğularda təmizlənənlərdən 20-30 % azdır. Bu da əkinə sərf edilən toxumun həcminin azalmasına imkan verir, həm də fermerin məhsul istehsalında çəkdiyi xərcləri də əsaslı şəkildə azaldır. Bununla yanaşı zavodlarda quraşdırılmış 3 min tonluq silo qurğularının əsas funksiyası təqdim olunan toxum materialını qəbul edərək emal xəttinə davamlı ötürülməsi və həmin qurğularda saxlanılan toxumun digər ərazilərə daşınması üçün avtomobillərə asanlıqla yüklənilməsini təmin etməkdir. Mövsüm başa çatdıqdan sonra dövlət ehtiyacı üçün tədarük olunmuş toxumun ehtiyatı bu qurğularda təhlükəsiz saxlanılır.
-Ölkədə toxum satışı ilə bağlı nə kimi planlarınız var?
- Bildiyiniz kimi Fondun əsas vəzifələrindən biri fermerləri mövcud bazar qiymətlərindən daha aşağı qiymətlə, sertifikatlı, müxtəlif çeşidli, yüksək keyfiyyətli və məhsuldar toxumla təmin etməkdir. Keyfiyyətli toxumlara əlçatanlığı təmin etmək məqsədi ilə Fond “ToxumArt” mağazalar şəbəkəsinin fəaliyyətini genişləndirir. Hər zavod ərazisində fəaliyyət göstərəcək bu mağazalarda, həm satış həm də sərgi təşkil oluncaq. Mağazalarda Fondun hazırladığı təlimatlar və aqrotexniki qulluğa dair məlumatlar da təqdim ediləcək. Bu da öz növbəsində istehsalçı və istehlakçıların işini daha da asanlaşdıracaq.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 21 saat əvvəl
-
21 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
22 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
22 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























