Azərbaycanda qaz hasilatı və ixracı artıb
2021-ci ilin yanvar-iyun ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda təxminən 17,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 369,1 min ton az olub.
Energetika Nazirliyinin yaydığı məlumata görə, respublika üzrə neft hasilatının 11,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,9 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,9 milyon ton təşkil edib.
Bu dövrdə təxminən 14 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 13,3 milyon tondan çoxu konsorsiumun, 738,7 min tonu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq ayına nisbətən, təxminən 667 min ton, yəni 4,8 faiz azdır.
Cari ilin 6 ayı ərzində ölkədə 20,3 milyard kub metr qaz hasil edilib. Qazın 6,4 milyard kub metri AÇG-dən, 10 milyard kub metri “Şahdəniz”dən, 3,9 milyard kub metri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 5,1 faiz, yəni 990 milyon kub metr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı təxminən 9,1 milyard kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 36 faiz çoxdur. Cari ilin yanvar-iyun ayında Türkiyəyə təqribən 4,7 milyard kub metr, Avropaya təqribən 3,2 milyard kub metr, Gürcüstana isə 1,2 milyard kub metr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 50,5 milyon kub metr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 2,7 milyard kub metrdən çox qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 iyul 2021-ci il tarixinədək 567 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 535 milyon tondan çox neft, “Şahdəniz”dən isə təqribən 32 milyon tondan çox kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2021-ci ilin 1 iyul tarixinədək təqribən 567 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Yataqlar istismara veriləndən cari ilin 1 iyul tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 183 milyard kub metr, “Şahdəniz”dən isə 145 milyard kub metrdən çox qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 98 milyard kub metrdən çoxu ixraca nəql edilib.
Ölkədə neftin emala təhvili 2021-ci ilin yanvar-iyun ayında 3,3 milyon ton təşkil edib. Neftin emala təhvili ötən ilin müvafiq dövrünə nisbətən 276,3 min ton çox olub.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
2 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
Sərfəli şərtlərlə istehlak krediti
Fevralın 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var























