Dənizin düz kənarında tikilmiş binalardakı mənzillər satılır
(®️) Yay aylarında insanlar şəhərin səs-küyündən uzaqlaşmaq və istirahət etmək üçün həyat tempi daha yavaş və daha sakit yerlərə üz tuturlar. Bunun üçün isə ən çox üstünlük verilən yerlər bağ evləridir. Eyni zamanda son zamanlarda ölkəmizdə inşa edilən resort komplekslər də əlavə imkanlardan faydalanmaq istəyənlər üçün yeni və getdikcə daha populyar olan bir seçimdir.
Bəs müqayisə etsək rahat yay istirahəti üçün hansı daha yaxşı seçim olar?
Bakı kəndlərində yerləşən bağ evləri istirahət üçün gözəl məkan olsa da, bu bağ evlərinin əksəriyyəti dənizdən aralı yerləşir. Birbaşa dənizə yaxın olan bağ evləri isə çox baha qiymətə təklif olunur. Resort kompleksləri isə sakinlərə dənizə daha yaxın olmaq imkanı verir. Məsələn, ölkəmizdə dənizə ən yaxın premium resort yaşayış kompleksi olan “Xəzri Rezidens” dənizin düz kənarında yerləşir. Yay aylarında mənzilinizdən çıxıb sadəcə bir neçə addıma dənizdə ola bilərsiniz.
İnsanların bağ evlərini seçməsinin səbəblərindən biri də bağda olan yaşıllıq və meyvə ağaclarıdır. Lakin bu yaşıllıq və ağaclara, həmçinin ümumi bağ evinə qulluq böyük zəhmət və xərc tələb edir. “Xəzri Rezidens” kimi resort komplekslərdə yaşıllıq və meyvə ağaclarına qulluq isə peşəkar bağbanlar tərəfindən həyata keçirilir. Həmçinin, kompleksdə təmizlik xidmətləri sakinlərə təmin olunur. Beləliklə sakinləri bu qayğılardan azad edərək onların daha rahat istirahəti üçün hər bir şərait yaradılır.
Bundan əlavə, bir çox insanlar bağ evlərində daimi qalmadıqları üçün buralarda oğurluq hallarına tez-tez rast gəlinir. Resort komplekslərdə isə 24/7 fəaliyyət göstərən mühafizə xidməti təhlükəsizliyi təmin edir.
Yay aylarında insanlar həm dənizə yaxın olub, həm də aktiv qalmaq istədikdə bağ evləri əlverişli seçim olmaya bilər. Resort kompleksdə isə bunun üçün daha yaxşı şərait mövcuddur. Məsələn, uşaq-oyun meydanı, idman alətləri, futbol, voleybol və tennis meydançaları resort komplekslərdə mövcuddur.
Həmçinin, bir çox bağ evləri lazımi ictimai və iaşə obyektlərindən uzaqda olur. “Xəzri Rezidens” kimi resort komplekslərdə isə kompleks daxilində kafe, restoran, uşaq bağçası, tədris mərkəzi, market, aptek, fitnes və spa mərkəzi kimi obyektlər yerləşir. Bu isə sakinlərə kompleksdən uzaqlaşmadan ehtiyaclarını qarşılamaq və rahat istirahət etmək imkanı verir.
Bağ evləri ilə müqayisədə “Xəzri Rezidens”də mənzil sahibi olmaq daha sərfəlidir. Eyni zamanda resort kompleksdə olan mənzillər bütün tələbləri qarşılamaqla və xərclərə qənaət etməklə bağ evindən üstün sayılır.
İdarəetməsi “PMD Group” şirkəti tərəfindən həyata keçirilən “Xəzri Rezidens”də mənzilləri daxili hissə-hissə ödəniş və ya 20 ilə qədər ipoteka krediti ilə əldə edə etmək mümkündür.
Ətraflı: https://xazrirezidens.az/
*5775 / 050 505 57 75
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 saat əvvəl
Naxçıvan sahibkarlarından Prezident İlham Əliyevə minnətdarlıq məktubu
-
2 saat əvvəl
"Binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı" xəbərə “Kristal”dan reaksiya
-
-
16 saat əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 1 gün əvvəl
-
1 gün əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
1 gün əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
2 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə






















