Yenilənən “Baku Steel Company” regionda bənzəri olmayan layihə həyata keçirir
“Baku Steel Company”də regionda ilk dəfə olacaq yeni istehsal xətti istifadəyə veriləcək. Bu xətt daha qısa müddətə, daha az itki ilə, daha çox və yüksək keyfiyyətli məhsul istehsal etməyə imkan verəcək. Maşınqayırmada, hərbi-müdafiə sənayesində, aviasiyada və s. sahələrdə istifadə olunan daha yüksək keyfiyyətli poladların istehsalı mümkün olacaqdır.“Baku Steel Company”də istehsalatın müasirləşməsinə, məhsulların keyfiyyətinin daha da yüksəldilməsinə, avandanlıqların yenilənməsinə diqqət artırılıb. Əsas fəaliyyət profili poladəritmə olan şirkətdə hazırda iki fasiləsiz pəstahtökmə maşını (FPTM) mövcuddur. Şirkətdən Marja-ya verilən məlumata görə, Azərbaycan iqtisadiyyatına daha böyük töhfələr verməyi hədəfləyən BSC üçüncü, daha müasir, yeni nəsil FPTM və vakuumator qurğusu quraşdırmağa başlayıb. Regionda ilk dəfə olaraq istifadəyə veriləcək yeni istehsal xətti indiki ilə müqayisədə daha qısa müddətə, daha az itki ilə, daha çox və yüksək keyfiyyətli məhsul istehsal etməyə imkan verəcək.
Türkiyənin tanınmış “Demora” şirkətinin istehsalı olan 10,25 metr radiuslu yeni FPTM-nın yaxın günlərdə işə salınması planlaşdırılır. Bu istehsal xəttinin köməyi ilə poladın markasından asılı olaraq həm standart ölçüdə, həm də sifarişçinin tələbinə uyğun uzunluqlarda kvadrat və dairəvi pəstahlar tökmək mümkün olacaq. Yeni istehsal xəttindən (ø130 ÷ 250 mm-lik) dairəvi pəstahları qapalı şırnaqla və elektromaqnitli qarışdırıcı ilə tökmək üçün istifadə ediləcəkdir. Vakuumator qurğusundan istifadə edərək poladın tərkibini qeyri-metallik birləşmələrdən təmizləməklə, maşınqayırmada, hərbi-müdafiə sənayesində, aviasiyada və s. sahələrdə istifadə olunan daha yüksək keyfiyyətli poladların istehsalı mümkün olacaqdır. Bu legirli poladların hamısı əsasən xaricə ixrac olunacaqdır. Yeni maşın xüsusən neftçıxarma sənayesində istifadə edilən daha yüksək sıxlığa malik boru pəstahların da tökülməsinə, bu isə öz növbəsində yüksək dərinlik təzyiqinə davamlı boruların istehsalına imkan verəcək.
Bu günlərdə isə BSC-da korroziyaya davamlı poladlar sinfinə aid olan “13ХМФА” markalı ilk təcrübi ərintinin tökülməsi həyata keçirilib. Bu ərintinin bütün kimyəvi və metalloqrafik analizləri müvafiq standartların tələblərinə uyğundur. Bu pəstahlardan Rusiyanın neft- qaz istehsalçı şirkətlərinin sifarişi ilə korroziyaya davamlı borular istehsal etmək üçün istifadə olunacaqdır.
Qeyd edək ki, 2001-ci ildə fəaliyyətə başlayan “Baku Steel Company” MMC Cənubi Qafqazın ən böyük özəl metallurgiya şirkətidir. BSC hazırda bir ədəd 60 tonluq və bir ədəd 30 tonluq elektrik qövs sobasından ibarət 2 əritmə sexinə, 3 çeşidli yayma xəttinə, bir ədəd tikişsiz boru istehsal edən yayma xəttinə, bir ədəd spiralvari tikişli boru istehsal edən yayma xəttinə, bir ədəd fasonlu tökmə istehsal edən mini zavoda və bir oksigen zavoduna sahibdir.
“Baku Steel Company” yüksək keyfiyyətdə armatur, katanka (məftil), kvadrat və dairəvi pəstahlar, kvadrat və dairəvi çubuqlar, tikişsiz və spiralvari tikişli borular, habelə çeşidli fasonlu tökmələr istehsal edir. Burada həmçinin şveller, künclüklər, ikitavrlar da buraxmaq mümkündür. BSC-nin İSO 9001:2015 də daxil olmaqla bir çox uyğunluq sertifikatlarına cavab verən məhsulları ölkə daxilində yüksək tələbatla satılmaqla yanaşı, Rusiya, Gürcüstan, Qazaxıstan, Türkiyə və s. ölkələrə də ixrac olunur.
Ümumiyyətlə, 2021-ci ilin fevralında “Baku Steel Company”nin rəhbərliyində baş verən dəyişiklikdən sonra şirkət qısa müddətdə fəaliyyətində ciddi dönüş yaratmağa və kəskin şəkildə uğurlar qazanmağa nail olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
17 saat əvvəl
Naxçıvan sahibkarlarından Prezident İlham Əliyevə minnətdarlıq məktubu
-
17 saat əvvəl
"Binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı" xəbərə “Kristal”dan reaksiya
-
-
1 gün əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 1 gün əvvəl
-
1 gün əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
1 gün əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
2 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
























