Azercell iPhone 13-lərin satışına başlayır - TARİX
Azercell-dən iPhone 13, iPhone 13 Pro və iPhone 13 Mini əldə edin və 3 ay ərzində 50GB pulsuz mobil internetdən yararlanın!(®️) Azercell böyük məmnuniyyətlə oktyabrın 15-dən etibarən uzun müddətdir gözlənilən iPhone 13, iPhone 13 Pro və iPhone 13 Mini smartfonlarının Azercell-in satış mərkəzlərində müştərilərə təqdim olunacağını elan edir.
Ölkə ərazisini yüksək keyfiyyətli 4G şəbəkəsi ilə təmin edən Azercell Apple şirkətinin istehsal etdiyi ən yeni nəsil cihazlar ilə inanılmaz sürətdən zövq almaq imkanı yaradır. Belə ki, Azercell-in Eksklüziv mağazalarından iPhone 13, iPhone 13 Pro və iPhone 13 Mini smartfonları əldə edən müştərilərə ölkənin aparıcı mobil operatoru tərəfindən 3 ay müddətində 50GB həcmində internet paketi hədiyyə olunacaq.
Qeyd edək ki, ölkənin rəqəmsal həllər təchizatçısı olan “Azercell Telecom” Apple Inc. şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəfdaşıdır. Ən müasir texnologiyanı istifadəçi rahatlığı ilə bir araya gətirən yeni iPhone modelləri “Super Retina XDR” displeyləri, enerjiyə qənaət etməyə imkan verən batareya, daha səmərəli A15 çipi və sürətli enerji yığma sistemi ilə təchiz olunmuşdur.
Yeni iPhone modelinin limitsiz imkanlarını Azercell-lə kəşf etmək üçün 8 oktyabrdan başlayaraq sifarişinizi qeyd edin və ən qabaqcıl iPhone cihazlarından ilk zövq alanlardan biri olun!
Ətraflı məlumat üçün https://www.azercell.com saytına daxil olun.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 12 d. əvvəl
- 23 d. əvvəl
-
-
29 d. əvvəl
AFB Bank “Həyat yığım hesabı” ilə müştərilərinə planlı yığım və yüksək gəlir imkanı təqdim edir
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
KİV: ABŞ və İran 45 günlük atəşkəslə bağlı müzakirələr aparır
- 2 saat əvvəl
-
2 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
2 saat əvvəl
"Agro Dairy" şirkətindən Azərbaycanın aqrar sektorunda bir ilk
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Xalq Bank 5 nominasiya üzrə mükafata layiq görülüb
Tramp İrana verdiyi müddəti 8 aprelədək uzatdı
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
"Agro Dairy" şirkətindən Azərbaycanın aqrar sektorunda bir ilk
Ən çox oxunanlar
Xarici bank Azərbaycana 700 milyon dollar kredit ayırır - Bu vəsaitə 4 yeni metro stansiyası tikiləcək
Neft qiymətləri yüksəlişdədir
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"BakıKart": Aprelin 6-dan vəsaitlərin silinməsinə başlanılacaq, məhdudiyyətlər aradan qaldırılacaqdır
Azərbaycanda Vakansiyalar - Azvak.az





















