Dövlət Xidməti Masallıda zavodun fəaliyyətini dayandırdı
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, bu çərçivədə, Xidmət tərəfindən Masallı rayonunda yerləşən “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkətinə məxsus Asfalt-beton istehsalı zavodunda planlı yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki,
- obyektin ərazisində mövcud yanacaq çəni və yanacaqdoldurma kolonkası ilə yanğına qarşı ara məsafələrinə riayət olunmadan avtomobillərin təmiri işləri təşkil olunub;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, yanğın təhlükəli vəziyyətdə istismarına yol verilib;.
- tələb olunan sahələrdə yanğın avtomatikası qurğuları quraşdırılmayıb, normaya uyğun olaraq ilkin yanğınsöndürmə alət və avadanlıqları ilə təmin edilməyib;
- ərazidə mövcud tikililərin çardaq hissəsində olan taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb;
- təsərrüfat otağında odun sobası quraşdırılaraq, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd şəkildə istismarına yol verilib;
- ərazidə müvafiq yerlərdə yanğına qarşı xəbərdaredici və qadağanedici nişanların quraşdırılması təmin edilməyib;.
- təsərrüfat otağında oksigen balonlarının, anbar otağında propan qaz balonunun saxlanılmasına, anbarda mövcud olan malların isə yanğın təhlükəliliyi göstəricilərinə uyğun olmadan yığılmasına yol verilib;
- müəssisənin ərazisi quru ot, kol-kos və qamışlardan, yanacaq-sürtgü materiallarından və qalıqlarından təmizlənməyib;.
- daşınmaz əmlakın icbari sığorta olunması təmin edilməyib.
Beləliklə, mövcud vəziyyətdə obyektin istismarının davam etdirilməsi orada hər an baş verə biləcək kiçik yanğının qısa müddətdə genişlənərək, acı nəticələrə səbəb ola biləcəyini deməyə əsas verir.
Qeyd olunanları nəzərə alaraq, Masallı rayonunda yerləşən “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkətinə məxsus Asfalt-beton istehsalı zavodunda yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması faktları aşkar edilmiş sahələrdə işlərin görülməsinin dayandırılması barədə Qərar qəbul edilib. Qərar Asfalt-beton istehsalı zavodunun icraçı direktoru Əmir Yusibova təqdim edilib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 2 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
10 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)





.jpg)





.jpg)




