Azərbaycan və İran ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyib
Azərbaycan və İran arasında ticarət dövriyyəsinin həcmi 400 mln. ABŞ dolları təşkil edir. Bu, rəsmi rəqəmdir. Təbii ki, iki ölkənin vətəndaşlarının gediş-gəlişi var, bu zaman olan dövriyyə hesablanmır".
Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan-İran diplomatik münasibətlərinin 30-cu il dönümünə həsr olunmuş mətbuat konfransında deyib.
Səfir qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il 30%, o cümlədən Azərbaycanın İrana ixracı ötən il 11% artıb.
"Yaxın gələcəkdə iki ölkənin hökumətlərarası komissiyasının iclası keçiriləcək və bu tədbirdə ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılmasını müzakirə edəcəyik. İqtisadi əlaqələrimiz siyasi əlaqələrin yüksək səviyyəsinə çatmayıb, biz bu potensialın olduğunu, ticarət əlaqələrinin yüksəlməsini gözləyirik", - səfir bildirib.
Səfir onu da əlavə edib ki, iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri gündəmdədir. Səfərlərin münasib vaxtda həyata keçiriləcəyi bildirilib.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 20 saat sonra
-
-
4 d. əvvəl
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
- 17 d. əvvəl
-
36 d. əvvəl
“Azenco”nun sabiq rəhbərinin həbs edilldiyi bildirilir - 3 milyon manatdan çox mənimsəmə
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ramanada torpaq sahələrini satan 11 nəfər barəsində cinayət işi məhkəməyə göndərilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Palma yağı təhlükəlidirmi? - Qoşqar Təhməzlidən açıqlama
Ramanada torpaq sahələrini satan 11 nəfər barəsində cinayət işi məhkəməyə göndərilib
Bakı ilə Bratislava arasında birbaşa reys açılır - TARİX
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim edib
Rəsmi məzənnələr açıqlandı
Dövlət şirkəti “Azəristiliktəchizat”ın yığılmış zərəri azalsa da, 115 milyon manata yaxın olaraq qalıb
Azərbaycanda BYD-nin yeni flaqman şourumu istifadəyə veriləcək, regional ehtiyat hissələri anbarı yaradılacaq
BYD Azərbaycanda rəsmi fəaliyyətə başladı
Tesla üçsıralı Model Y-ni ABŞ-da satışa çıxarıb
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar





















