Rövşən Nəcəf Özbəkistanın energetika nazirinin birinci müavinilə görüşüb
2022-ci il avqustun 30-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Özbəkistanın energetika nazirinin birinci müavini Əzim Əhmədxacayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin iyun ayında Özbəkistana dövlət səfərinin qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.
Dövlət başçıları tərəfindən qəbul olunan qərarların və verilən tapşırıqların icrası istiqamətində ötən müddət ərzində önəmli addımların atıldığı bildirilib.
Bu xüsusda cari ilin iyul ayında SOCAR ilə “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında imzalanan əməkdaşlığın genişləndirilməsinə dair “Yol xəritə”sinin və bu istiqamətdə görülən işlərin strateji əhəmiyyəti vurğulanıb. “Yol Xəritəsi”nin müddəalarının icrası ilə bağlı yaradılmış işçi qruplarının ötən dövr ərzində qarşılıqlı səfərlərinin və görüşlərinin keçirildiyi qeyd edilib.
Söhbət zamanı neft-qaz sahəsində potensial əməkdaşlıq imkanları, neft və neft-kimya məhsullarının ticarəti, rəqəmsal və innovativ texnologiyaların tətbiqi, əməyin sağlamlığı və tühlükəsizliyi, təcrübə mübadilələrinin aparılması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
30 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 33 d. əvvəl
-
-
38 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
43 d. əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
5 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
AccessBank-da kart əməliyyatları bərpa olundu
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb


























