“Baku Steel Company” Polşanın 4 aparıcı şirkətilə memorandum imzalayıb
“Baku Steel Company” Avropa bazarlarında fəaliyyətini genişləndirir. Memorandum gələcəkdə “Baku Steel Company”nin istehsal etdiyi məhsulların nəinki Polşada, həmçinin digər Avropa ölkələrinin bazarlarında da satışının həyata keçirilməsinə imkan yaradacaq.Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Polşa İnvestisiya və Ticarət Agentliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində Azərbaycan-Polşa Biznes Forumu keçirilib.
20 oktyabr tarixində baş tutan forumun açılış mərasimində AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Polşa İnvestisiya və Ticarət Agentliyinin İdarə Heyətinin üzvü Zdzislav Sokal, Azərbaycan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova, Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski, Azərbaycan Respublikasının Mərkəzi Avropa ölkələrindəki ticarət nümayəndəsi Nemət Nağdəliyev və Polşa İnqtisadi İnkişaf və Texnologiyalar Nazirliyinin şöbə rəisi Matsey Falkovski çıxış ediblər. Natiqlər Azərbaycan və Polşa arasında iqtisadi-ticari sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd edib, hər iki ölkənin bu əlaqələrin inkişafında maraqlı olduğunu bildiriblər.
Daha sonra, Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov, Polşanın Qdansk limanı administrasiyasının müştərilərlə iş üzrə meneceri Mixal Stupak və “Bank Gospodarstwa Krajowego” bankının eksperti Feliks Kobirski təmsil etdikləri qurumların fəaliyyəti barədə təqdimatla çıxış ediblər.
Forum çərçivəsində yalnız Azərbaycanın deyil, bütün Qafqaz Regionunun ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” QSC ilə Polşanın metallurgiya sahəsinin 4 aparıcı şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb. Bunlar “Zystal”LLC, “Warstal A.M. Sp.z.o.o” LLC, “Touye Group Sp.z.o.o” LLC və “Kostal M.M Koneccy Sp.J” GP şirkətləridir. Bu memorandum gələcəkdə “Baku Steel Company”nin istehsal etdiyi məhsulların nəinki Polşada, həmçinin digər Avropa ölkələrinin bazarlarında da satışının həyata keçirilməsinə imkan yaradacaq.
Daha sonra Biznes Forum ikitərəfli işgüzar danışıqlar formatında davam etdirilib.
Xatırladaq ki, “Baku Steel Company” hazırda yüksək keyfiyyətdə armatur, katanka (məftil), kvadrat və dairəvi pəstahlar, tikişsiz borular, habelə çeşidli fasonlu tökmələr istehsal edir. Burada həmçinin şveller, künclüklər, ikitavrlar, kvadrat və dairəvi çubuqların da istehsalı həyata keçirilir. Yarandığı 20 ildən artıq dövrdə nəinki Azərbaycanın, bütün regionun tanınmış brendinə çevrilə bilən “Baku Steel Company”nin məhsulları yerli bazarda böyük tələbatla satılmaqla yanaşı Avropa, Amerika və Asiyanın ümumilikdə 20-dən çox ölkəsinə ixrac olunur.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
























