Azərbaycan-Almaniya birgə müəssisəsi qeydiyyatdan keçib - GƏNCƏDƏ İSTEHSAL VƏ İXRACLA MƏŞĞUL OLACAQ
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "İnteral" MMC-ni dövlət qeydiyyatına alıb.
Yeni şirkətin təsisçiləri “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “Azəralüminium” MMC və Almaniyanın “Achenbach Alpha GmbH” şirkətidir.
"İnteral" ASK-ya məxsus hüquqi ünvanda - Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 14 ünvanında ("ASK Villa") qeydiyyatdan keçib. Nizamnamə kapitalı 10 min avro, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı Car Erman olan yeni kommersiya qurumu Gəncədə rəqabətədavamlı alüminium məhsullarının istehsalı, eləcə də ABŞ və Avropa bazarlarına ixracı ilə məşğul olacaq.
"İnteral"ın Müşahidə Şurasının tərkibi də açıqlanıb. Bunlar ASK-nın Baş direktoru Kamran Nəbizadə, "Azəralüminium"un Baş direktoru Maksim Cavadov, Türkiyə vətəndaşı Erol Ayçin, Almaniya vətəndaşları Wilbers Rolf Heino və Kreitzberg Markdır.
HƏMÇİNİN OXU: “Azərbaycan Sənaye Korporasiyası”nın Baş direktoruna yeni yaradılan şirkətdə vəzifə verilib
Xatırladaq ki, bu il iyulun 18-də "Azəralüminium" və “Achenbach Alpha GmbH” şirkəti arasında Gəncədə birgə müəssisənin təsis və idarə edilməsinə dair müqavilə imzalanıb. Mərasimdə bildirilib ki, həyata keçiriləcək layihə çərçivəsində illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsullarının istehsalı nəzərdə tutulur. Bu layihənin xammal bazasının 55 min tonu Gəncədə hazırda istehsal olunan ilkin alüminiumdan, yeni qurulacaq təkrar emal istehsal xəttindən əldə ediləcək. Qalan 50 min ton alüminium isə qurulması planlaşdırılan ilkin alüminium istehsalı hesabına təmin ediləcək. Layihənin ümumi investisiya məbləği 451,2 milyon ABŞ dolları, I mərhələdə investisiya məbləği isə 132 milyon ABŞ dolları təşkil edir. Layihənin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. I mərhələdə daha az elektrik tələb edən təkrar emal sahəsi və müvafiq avadanlıqların qurulması, II mərhələdə isə elektroliz zavodunun tikintisi və istiyayma prosesinin təşkili nəzərdə tutulur.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"Report"
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir






















