"Rusiya neftinə 30 dollar limitinin tətbiqi qiymətləri kəskin yüksəldə bilər"
Polşa Rusiya neftinin qiymətini 30 dollarda məhdudlaşdırmağı təklif edib."Polşanın Rusiya neftinin bir barelinə 30 dollar qiymət limitinin tətbiqi təşəbbüsü çətin ki, digər Avropa İttifaqı (Aİ) üzvlərinin dəstəyini alsın. Polşanın təklifi qəbul edilərsə, Rusiya istehsalçıları ixracdan imtina edə bilər, bu da Brent kotirovkalarını üç rəqəmli səviyyəyə yüksəlməsinə səbəb ola bilər".
Marja xəbər verir ki, bunu, "BCS World of Investments"dən birja eksperti İqor Qalaktionov bildirib.
Cümə axşamı günü "Politico" qəzeti yazıb ki, Aİ ölkələrinin əksəriyyəti Rusiya neftinin bir barel üçün 65-70 dollar səviyyəsində tavan qiymət tətbiqi təklifini dəstəkləyib. Bu, son beş ildə Urals neftinin orta qiymətilə müqayisə edilə bilər. Eyni zamanda, Polşa 30 dollarlıq qiymət tavanının tərəfdarıdır.
"Polşanın təklifi çox sərt görünür və belə şərt Rusiya istehsalçılarının ixracdan imtina etməsinə gətirib çıxara bilər ki, bu da Brent qiymətlərini üçrəqəmli səviyyəyə qaldıra bilər. 65-70 dollar aralığında qiymət həddi mexanizmi məhz belə bir ssenarinin qarşısını almaq üçün müzakirə edilir. Ona görə də çətin ki, təşəbbüs digər Aİ üzvləri tərəfindən dəstəklənsin”, - Qalaktionov bildirib.
Neft qiymətinə məhdudiyyətin qəbul edilməsi üçün Avropa İttifaqına üzv olan bütün dövlətlərin razılığı tələb olunur. Bloomberg agentliyinin məlumatına görə, Avropa İttifaqı üzvlərinin Rusiya neftinə qiymət tavanının müəyyən edilməsi ilə bağlı çərşənbə günü baş tutan danışıqları dalana dirənib.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Qərbin Rusiyanın enerji resurslarının qiymətlərini məhdudlaşdırmaq ideyasını şərh edərkən dəfələrlə bəyan edib ki, əgər Rusiya öz maraqlarına zidd olarsa, xaricə heç nə tədarük etməyəcək. Baş nazirin müavini Aleksandr Novak da bildirib ki, Rusiya yalnız bazar şərtləri əsasında işləyəcək və qiymət tavanı tətbiq edəcək ölkələrə nefti nə 60 dollardan, nə də başqa qiymətlə tədarük etməyəcək.
Sentyabrda G7 ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) maliyyə nazirləri sanksiyaların genişləndirilməsi çərçivəsində Rusiya neftinə qiymət məhdudiyyəti tətbiq etmək niyyətlərini təsdiqləyiblər. Qiymət limitinin neft üzrə 2022-ci il dekabrın 5-dən, neft məhsulları üçün isə 2023-cü il fevralın 5-dən tətbiq ediləcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
59 d. əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
-
1 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 1 saat əvvəl
-
1 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
14 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
Rəsmi məzənnələr açıqlandı
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Ən çox oxunanlar
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"






















