Rusiya şirkəti "Ford Transit"i əvəz edəcək yüngül kommersiya avtomobillərinin istehsalına başladı
Rusiya "Sollers Auto" şirkəti 2 yeni yüngül kommersiya avtomobilinin istehsalına başlayıb.Rusiyanın “Sollers” avtomobil şirkəti Tatarıstan Respublikasının "Alabuqa" xüsusi iqtisadi zonasının ərazisində öz brendi altında “Atlant” və “Argo” yüngül kommersiya avtomobillərinin (LCV - light commercial vehicle) iki yeni modelinin kütləvi istehsalına başlayıb.
Marja.az xəbər verir ki, tədbirdə Rusiya Federasiyasının Baş nazirinin müavini, Sənaye və ticarət naziri Denis Manturov və respublikanın rəhbəri Rüstəm Minnixanov iştirak ediblər.
“Sollers” şirkətinin yüngül kommersiya avtomobilləri bazarında əhəmiyyətli bir paya sahib olmaq üçün iddialı planları var.
“Sollers” yüngül kommersiya avtomobilləri Rusiya bazarını tərk edən "Ford Transit"i əvəz edəcək. İlk yeni LCV-lərin satışı bu ilin dekabrında başlayacaq,
Ümumi çəkisi 2,5 tondan 4,2 tona qədər olan "Atlant" modelinin avtomobilləri 139 at gücündə və ya 150 at gücündə Avro 5 dizel mühərriki ilə təchiz edilir.
“Arqo” şəhərdaxili daşımalar üçün nəzərdə tutulmuş kompakt avtomobilidir. Avtomobilin ümumi çəkisi 2,5 tondan 3,5 tona qədərdir, 130 at gücündə dizel və ya 147 at gücündə benzin mühərriki ilə təchiz olunur.
"Sollers" şirkəti Vladivostok, Alabuqa və Ulyanovskdakı zavodları idarə edir. Xarici tərəfdaşları getdikdən sonra "Sollers" istehsalı müstəqil şəkildə inkişaf etdirməyi planlaşdırır. Beləliklə, birgə müəssisədəki Ford konserninin 49%-lik payı satın alınıb. Eyni zamanda, Ford beş il ərzində səhmləri geri almaq hüququnu özündə saxlayır. Rusiya istehsalçısı "Mazda Motor"un Vladivostokdakı birgə müəssisədəki payını da alıb. "Sollers Auto" şirkəti 2023-cü ildə Vladivostokda avtomobil zavodunu yenidən işə salmağı və yeni model xəttinin istehsalına başlamağı planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 14 d. əvvəl
-
- 17 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
1 saat əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı



























