Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

PMD Group və Zaha Hadid Architects-dən gələcəyə yönələn yeni layihə!

AzVak-mobil_resmin_ustu_31
PMD Group və Zaha Hadid Architects-dən gələcəyə yönələn yeni layihə!
iç səhifə xəbər şəkil altı (mobil)_32

“PMD Group” MMC törəmə şirkətləri PMD Projects, Facility Management Group (FMG) və Design Bureau ilə birlikdə 17–22 may 2026-cı il tarixlərində Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak edir.

Forum “Housing the World: Safe and Resilient Cities and Communities” mövzusu altında keçirilir və dayanıqlı şəhərsalma, təhlükəsiz yaşayış mühitləri, inklüziv inkişaf və şəhərlərin gələcəyi ilə bağlı qlobal müzakirələrə ev sahibliyi edir.

Dünya Şəhərsalma Forumu dayanıqlı urbanizasiya sahəsində dünyanın aparıcı qlobal platformalarından biri hesab olunur. WUF13 çərçivəsində PMD Group və törəmə şirkətləri C06 nömrəli stenddə təmsil olunur. Forum müddətində PMD Group-un stendində şirkətin və törəmə şirkətlərinin fəaliyyəti vahid konsepsiya altında təqdim olunur. PMD Projects tikinti layihələri üzrə təcrübəsini, Facility Management Group müasir əmlak idarəetməsi yanaşmalarını, Design Bureau isə memarlıq sahəsində insan yönümlü və dayanıqlı həllərini təqdim edir.

PMD Group WUF13 çərçivəsində yerli və beynəlxalq tərəfdaşlarla, o cümlədən Zaha Hadid Architects, Chapman Taylor kimi nüfuzlu şirkətlərin nümayəndələri ilə dialoq və görüşlər keçirib.

WUF13 çərçivəsində 19 may tarixində Azərbaycan Pavilyonunda “Designing the Mixed-Use City: Architecture, Complexity and the Future of Urban Life” mövzusunda maraqlı müzakirə keçirilib. Müzakirədə Zaha Hadid Architects-in nümayəndəsi Houzhe Xu, həmçinin PMD Group-un Daşınmaz əmlakın inkişafı üzrə rəhbərləri Aykut Bülbül və Kamil Əliyev iştirak ediblər.

Panel zamanı qarışıq funksiyalı şəhər mühitlərinin planlaşdırılması, memarlığın gündəlik şəhər həyatına təsiri və kompleks urban layihələrə yanaşma məsələləri müzakirə olunub. Müzakirədə bu mövzulara beynəlxalq baxış təqdim edilib, şəhərlərin yalnız tikili mühit kimi deyil, insanların yaşayış, hərəkət, ünsiyyət və ictimai məkanlardan istifadə təcrübəsini formalaşdıran sistem kimi qiymətləndirilməsi vurğulanıb. PMD Group üçün bu dialoqlar şəhər mühitinin gələcəyi ilə bağlı qlobal baxışa qoşulmaq, beynəlxalq tərəfdaşlarla bilik və təcrübə mübadiləsi aparmaq, həmçinin Azərbaycanın dayanıqlı urbanizasiya gündəliyinə özəl sektor nümayəndəsi olaraq töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır.

Panelin yekununda PMD Group Zaha Hadid Architects ilə Bakı şəhərinin memarlığına töfhə verəcək yeni ekskluziy layihə üzərində işlədiyinin mesajını verib.

pmd group wuf13 ümdünya şəhərsalma forumu bakı 2026 wuf13 bakı şəhərsalma forumu pmd projects facility management group pmd group design bureau dayanıqlı şəhərsalma azərbaycan smart city azərbaycan layihələri zaha hadid architects bakı layihəsi chapman taylor azərbaycan əməkdaşlıq bakı şəhərsalma forumu 2026 qarışıq funksiyalı şəhər layihələri mixed use city memarlıq pmd group urban inkişaf layihələri memarlıq və şəhər planlaşdırılması azərbaycan dayanıqlı urbanizasiya forumu bakı memarlıq layihələri 2026 zaha hadid architects layihələri azərbaycan şəhər inkişafı və planlaşdırma pmd group beynəlxalq tərəfdaşlıq şəhər mühitinin inkişafı layihələri daşınmaz əmlak inkişaf layihələri azərbaycan memarlıq innovasiyaları azərbaycan azərbaycan urban inkişaf xəbərləri marja.az daşınmaz əmlak xəbərləri marja.az tikinti və şəhərsalma xəbərləri azərbaycan memarlıq və inşaat sektoru
20.05.2026 10:31
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19