Səlim Müslümovdan pensiyaların artırılması ilə bağlı – VACİB AÇIQLAMA
“Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 2017-cı il 21 yanvar tarixli sərəncam da əmək pensiyalarında növbəti artımın edilməsini nəzərdə tutur”.
Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
O qeyd edib ki, sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu 2016-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2017-cı ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini təmin etməlidir:
“Ötən il ölkəmizdə istehlak qiymətlərinin 12,4 faizlik indeksi qeydə alınıb. Dövlət başçımızın “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 2017-cı il 21 yanvar tarixli sərəncamına əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq.
Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə hər ay təqribən 10,21 milyon manat, il ərzində isə 122,5 milyon manat əlavə vəsait yönəldiləcək.
Ümumilikdə, pensiyaların sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 94 faizinə və ya 1 milyon 240 min nəfərə şamil olunacaq. Vətəndaşların əmək pensiyalarının sığorta hissəsini təşkil edən məbləğlər müxtəlif olduğundan bu artımların məbləğləri də fərqli olacaq”.
Əmək pensiyalarının sığorta hissəsinin və fərdi hesablarda qeydə alınan pensiya kapitallarının indeksləşdirilmə ilə artımının avtomatlaşdırılmış qaydada icra ediləcəyini bildirən S.Müslümov vurğulayıb ki, növbəti ayın, yəni fevral ayının pensiyalarının ödənişi onların sığorta hissəsinin yanvar və fevral aylarındakı artımları ilə birlikdə həyata keçiriləcək:
2003-cü ildən 2017-ci ilədək minimum əməkhaqqının 11,7 dəfə artdığını qeyd edən S.Müslümov “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2017-cı il 21 yanvar tarixli Sərəncamın bu artım dinamikasının cari ildə də davam etməsinə imkan yaratdığını bildirib:
“Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 116 manat müəyyən edilib. Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin əmək müqavilələri bildirişi üzrə elektron informasiya sisteminə daxil edilmiş məlumatlara əsasən, bu artımın təqribən 335 min nəfərə şamil olunacağı, nəticədə artımın şamil olunduğu şəxslərin illik gəlirlərinin 14,7 mln. manata qədər artacağı gözlənilir.
Minimum aylıq əməkhaqqının təqribən 10,47% artımı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən məcburi dövlət sosial sığortası üzrə daxilolmaların 2017-ci ildə 12,4 mln. manat artacağını proqnozlaşdırmağa əsas verir”.
Qeyd edək ki, 1 yanvar 2017-ci il tarixinə Azərbaycanda pensiyaçıların sayı 1 milyon 316 min nəfər təşkil edib.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 6 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 12 saat əvvəl
-
12 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb






















