“OBA” marketlər şəbəkəsi xalqımızı təbrik edir
Yola salmağa hazırlaşdığımız 2020-ci il ölkəmiz üçün həm çətin, həm də qürurlu il oldu. İlin əvvəlindən pandemiya dövrü zamanı sərt karantin rejimi tətbiq ediləndə, həmçinin torpaqlarımızın işğaldan azad edilməsi uğrunda İkinci Vətən müharibəsi başlayanda da xalqımız birliyini nümayiş etdirdi.
“OBA” marketlər şəbəkəsi Qarabağ uğrunda Vətən müharibəsi başlayandan dövlətimiz, xalqımız, ordumuz üçün bütün imkanlarını səfərbər etdi və bir çox dəstək layihələri həyata keçirdi. “OBA” marketlər şəbəkəsinin də daxil olduğu Veysəloğlu Şirkətlər Qrupu ordumuza dəstək çərçivəsində Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürdü.
Həmçinin “OBA” marketlər şəbəkəsinin də daxil olduğu Veysəloğlu Şirkətlər Qrupu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılan “YAŞAT” Fonduna yardım məqsədilə 1 milyon manat vəsait ianə etdi.
Onu da qeyd edək ki, “OBA” marketlər şəbəkəsində çalışan ehtiyatda olan zabit əməkdaşlarımız və adlarını orduya könüllü yazdıran gənc işçilərimiz hərbi xidmətə çağırıldılar və onlar dərhal cəbhəyə yollandılar. Müharibə dövrü başlayandan bu günə kimi şirkətin 238 əməkdaşı ordu sıralarında Vətənin müdafiəsində iştirak etməkdə davam edir.
Bu şərəfli, lakin çətin bir dövrdə şirkət olaraq itkilərimiz də oldu. Belə ki, “OBA” marketlər şəbəkəsinin 4 əməkdaşı - Ümman Əmiraslanov, Eldəniz Nəsirov, Süleyman Bağırov və Tural Aslanov vətən uğrunda mübarizədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
“OBA” marketlər şəbəkəsi il ərzində yalnız müştərilərinə göstərdiyi xidmətlər və ölkə iqtisadiyyatına verdiyi töhfə ilə kifayətlənmədi, ehtiyacı olan müştərilərilərinə mütəmadi olaraq yardımlar etdi. “OBA” marketlər şəbəkəsi pandemiya dövrünün ilk aylarında "Ehtiyacınız qədər götürə bilərsiniz" layihəsi çərçivəsində aztəminatlı ailələr üçün yardım kampaniyası həyata keçirdi. Şirkətimiz layihə çərçivəsində yüzlərlə aztəminatlı ailəyə ərzaq yardımı etdi.
Həmçinin “OBA” marketlər şəbəkəsi sentyabr və oktyabr aylarında Bakı şəhəri və Azərbaycanın digər bölgələrində yerləşən “OBA” marketlərində koronavirus pandemiyasından müdafiə məqsədilə silsilə tədbirlər həyata keçirdi. “Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "COVİD 19” Koronavirus Pandemiyasının aktivləşməsi səbəbindən əhalinin maarifləndirilməsi istiqamətində tədbirlərin təşkili" layihəsi çərçivəsində marketlərimizə daxil olan müştərilərə tibbi maskalar və informasiya bukletləri paylanıldı.
“OBA” marketlər şəbəkəsinin xeyriyyə yardımları bununla bitmədi. “OBA” marketlər şəbəkəsi fiziki məhdudiyyəti olan insanları da unutmadı. “3 dekabr - Beynəlxalq Əlillər Günü” ilə əlaqədar Bakı-Abşeron ərazilərində yaşayan onlarla aztəminatlı əlil ailələrini ziyarət etdi.
Bundan əlavə, Yeni il münasibəti ilə “OBA” marketlər şəbəkəsi Qızıl Aypara Cəmiyyətinin Binəqədi rayonu bölməsində qeydiyyatda olan çoxuşaqlı və aztəminatlı ailələrə ərzaq yardımı etdi. Həmçinin “Ümid yeri” uşaq sığınacağında olan uşaqları yeni il hədiyyələri ilə sevindirdi.
Bir sözlə, həmrəy olduğumuz bu ildə “OBA” marketlər şəbəkəsi dövlətinin və xalqının yanında oldu. “OBA Market” MMC qarşıdan gələn ildə də bu cür layihələr ilə dəstəyini davam etdirəcəkdir.
“OBA” marketlər şəbəkəsi 2021-ci ildə Azərbaycan xalqına sülh, əminamanlıq, bol ruzi-bərəkət və xoşbəxtlik arzulayır. “OBA” marketlər şəbəkəsi işğaldan azad olunmuş torpaqlarımızda “OBA” marketlər açıb xalqımızın xidmətində olmağı səbirsizliklə gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 saat əvvəl
-
5 saat əvvəl
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
-
-
9 saat əvvəl
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
-
9 saat əvvəl
10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
-
10 saat əvvəl
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Belə gedərsə, biz bəlkə də ilin sonuna qədər 1 milyard rəqəminə də çatacağıq"
- 11 saat əvvəl
-
12 saat əvvəl
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
-
12 saat əvvəl
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
-
12 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
15 tələbə Azercell-dən təqaüd qazandı
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
“Invest-AZ” BDU-nun Qazax filialında seminar keçirib
Maydan Bakı–Belqrad–Bakı marşrutu üzrə uçuşlar başlayır - AZAL və “Air Serbia” tərəfdaşlığına başlayıb
Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən




















