Dollar İndeksi həftəyə yüksəlişlə başlayıb - GÜNƏ BAXIŞ
Keçən həftə ABŞ-da banklarla başlayan gəlir hesabatı mövsümü investorların diqqət mərkəzində yer alarkən, artımla açıqlanan hesabatlar Amerika iqtisadiyyatına inamı bir qədər gücləndirib. Nəticədə Dollar İndeksi cari ticarət həftəsinə yüksəlişlə başlayıb.
“Bank of America”, “Goldman Sachs”, “Morgan Stanley”, “Netflix” və “Tesla” kimi şirkətlərin maliyyə nəticələrinin bu həftə izləniləcəyini bildirən analitiklər, ABŞ iqtisadiyyatı ilə bağlı suallara balans hesabatlarında ciddi şəkildə aydınlıq gələ biləcəyini ehtimal edirlər.
Ölkənin 3 ən böyük regional bankının balans hesabatları isə bank sektorunda yaşanan problemlər səbəbindən ilin birinci rübündə depozitlərinin azaldığını göstərib. “State Street” və “M&T Bank”-ın hər birinin depozitlərinin həcmi 3% azalıb. “Charles Schwab”-ın əmanət itkisi isə 11% olub.
ABŞ Federal Ehtiyalar Sisteminin (FED) faiz artımlarına nə vaxt son verəcəyi ilə bağlı suallara cavab tapmaq ümidilə, investorlar FED rəsmilərinin açıqlamalarını izləməyə bu həftə də davam edəcəklər. Riçmond FED-in sədri Tomas Barkin dünənki açıqlamasında ABŞ-da inflyasiyanın FED-in 2%-lik hədəfinə qayıtmasına dair daha çox təsdiqin gərəkli olduğunu bəyan edib.
Bu gün isə İngiltərədə açıqlanacaq əmək bazarı, Avrozonada və Almaniyada dərc olunacaq "ZEW" İqtisadi İnkişaf Proqnozu və Cari Vəziyyət İndeksləri, eləcə də Amerikada tikinti sektoruna dair statistik rəqəmlər investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvestAz şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















.jpg)



