Rusiyada Dollar və Avro daha da ucuzlaşdı
Moskva birjasında avronun məzənnəsi iyulun 28-dən bəri ilk dəfə olaraq 100 rubldan aşağı düşüb.Moskva birjasında ticarət zamanı avronun məzənnəsi iyulun 28-dən bəri ilk dəfə olaraq 100 rubldan aşağı düşüb.
Marja.az xəbər verir ki, Moskva birjasında dolların məzənnəsi isə 93 rubldan aşağı düşüb. Bu,18 avqustdan bəri ilk dəfədir.
Yuanın məzənnəsi isə 13 rubldan aşağı düşüb. Bu da 25 avqustdan bəri ilk dəfədir.
Dollar 2,77% ucuzlaşaraq 92,45 rubl təşkil edib. Eyni zamanda, avro 3,01% ucuzlaşaraq 99,41 rubl olub. Yuan isə 0,24% dəyər itirərək 12,988 rubla düşüb.
Sentyabrın 15-də keçiriləcək növbəti iclasda Rusiya Mərkəzi Bankı uçot dərəcəsini yenidən 2 bənd artıraraq 14 faizə qaldıra bilər. Bu, rubl əmanətlərinin cəlbediciliyini artıra, kreditləşməni yavaşlada, idxal və xarici valyutaya tələbi azalda bilər. Qeyd edək ki, 15 avqustda Rusiya Mərkəzi Bankı növbədənkənar iclasında uçot dərəcəsini illik 8,5%-dən 12%-ə qaldırıb.
İqtisadçılar bildirir ki, Rusiya Mərkəzi Bankının faiz artıracağı gözləntiləri, ixracatçılardan xarici valyuta təklifinin artması və daxili statistikada müsbət xəbərlər rublun bu həftənin əvvəlində möhkəmlənməsinə səbəb olub. Hər şey yaxşı getsə, yaxın həftələrdə dollar 90 rubla kimi ucuzlaşa bilər. Rusiya büdcəsinin profisitə qaytarılması, həmçinin VTB-nin rəhbəri Andrey Kostinin açıqladığı rublla xaricə vəsaitlərin köçürülməsinə mümkün limitlərin tətbiqi Rusiya valyutasına əlavə dəstək verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
8 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
















.jpg)







