Azərbaycanda xaricə qaz satışı 9 faiz artıb
2023-cü ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, 9 ay ərzində respublikada 36,1 milyard kubmetr təbii qaz hasil edilib.
Bu barədə Marja.az Energetika Nazirliyinə istinadən xəbər verir.
Qazın 9,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 19,7 milyard kubmetri “Şahdəniz”dən, 0,4 milyard kubmetri “Abşeron”dan, 6,4 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz, yəni 1,7 milyard kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 17,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çoxdur. Cari ilin yanvar-sentyabr aylarında Avropaya 8,6 milyard kubmetr, Türkiyəyə 7,5 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 4,3 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 oktyabr 2023-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 213 milyard kubmetr, “Şahdəniz”dən isə 202,5 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 143 milyard kubmetri ixraca nəql edilib.
2023-cü ilin yanvar-sentyabr ayları üzrə ölkədə 22,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 13,5 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,3 milyon tonu (kondensat) “Şahdəniz”in, 140 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,8 milyon ton təşkil edib.
Hesabat dövründə 19 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 16,7 milyon tonu konsorsiumun, 2,3 milyon tonu isə SOCAR-ın payına düşür.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 oktyabr 2023-cü il tarixinədək 623,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 580,4 milyon ton neft, “Şahdəniz”dən isə 43,5 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 01 oktyabr 2023-cü il tarixinədək 622 milyon tonu ixraca nəql edilib.
2023-cü ilin yanvar- sentyabr ayları üzrə ölkədə neftin emalı 4,9 milyon ton təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






















.jpg)

