Pandemiyadan bəri Dollar üçün ən pis il
FED-in faizləri azaltmağa başlayacağı gözləntiləri ilə gücünü itirən dollar 2020-ci ildən bəri ən pis ilini keçirib.Qlobal bazarlar, ABŞ-da inflyasiyanı cilovladıqdan sonra FED-in faiz dərəcələrini azaltmağa başlayacağını gözləyərkən, dollar pandemiyanın başlanğıcından bəri ən pis ilini keçirib.
Marja.az xəbər verir ki, ABŞ Mərkəzi Bankının (Fed) faiz artırmağı başa çatdıracağı və gələn il azaldacağı gözləntilərlə dalğalanan Bloomberg Dollar İndeksi yanvar ayından bu yana təxminən 3 faiz düşüb. Bu, dolların 2020-ci ildən bəri ən kəskin illik ucuzlaşmasını göstərir.
Ucuzlaşmanın böyük hissəsi FED-in gələn il pul siyasətini yumşaldacağına dair gözləntilərin artması səbəbindən dördüncü rübdə baş verib.
Digər mərkəzi bankların faiz dərəcələrini daha uzun müddət yüksək saxlaya bilməsi də dolların cəlbediciliyinə xələl gətirən amildir.
İnvestorlar FED-in faiz dərəcələrini 2024-cü ildə ən azı 1,50 faiz bəndi azaldacağını gözləyirlər. İlk faiz endirimi 2024-cü ilin mart ayında baş verə bilər.
Hedcinq fondları, aktiv menecerləri və digər spekulyativ bazar oyunçuları da daxil olmaqla treyderlər dolların ucuzlaşacağına dair mərclərini artırıblar.
Bazarlar, FED-in inflyasiya təzyiqlərini yenidən alovlandırmadan iqtisadiyyatı stimullaşdırmaq üçün faiz dərəcələrini aşağı salacağını gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)
















.jpg)

