Bank BTB-də yeni təyinat olub
Bank “BTB” ASC-də Əməliyyat departamentinə rəhbər təyin olub. Yeni rəhbər, bankın bütün hesablaşma əməliyyatlarına və kart xidmətlərinə rəhbərlik edəcək.Bank BTB-də yeni kadr təyinatı həyata keçirilib.
Bankdan Marja.az-a verilən məlumata görə, Almaz Əskərova Bankın Əməliyyat Departamentinin direktoru vəzifəsinə təyin olunub.
O, bankın bütün hesablaşma əməliyyatlarına və kart xidmətlərinə rəhbərlik edəcək. Almaz Əskərovanın rəhbərliyi altında əməliyyat sahəsində innovativ yanaşmaların tətbiqi, xidmət keyfiyyətinin yüksəldilməsi və müştəri məmnuniyyətinin artırılması hədəflənir.
"Bu təyinat Bank BTB-nin gender bərabərliyinə və qadın liderliyinin təşviqinə verdiyi önəmin bariz nümunəsidir. Qeyd edək ki, Almaz Əskərova bank karyerasına məhz Bank BTB-də başlayıb və bankın ərsəyə gətirdiyi peşəkar kadrlardan birinə çevrilib. O, müştəri xidmətləri departamentinin mütəxəssisi vəzifəsindən Bank kartları şöbəsinin müdiri vəzifəsinədək uğurla irəliləyib. 2025-ci ilin iyun ayından etibarən, Bank BTB-nin 15 illik fəaliyyəti çərçivəsində, departament rəhbəri səviyyəsinə qədər yüksəlib",- Bankın məlumatında bildirilir.
Almaz Əskərova Azərbaycan Beynəlxalq Universitetində beynəlxalq hüquq ixtisası üzrə təhsil alıb. Lakin iş fəaliyyətinə başladığı ilk gündən etibarən əməliyyat sahəsində müxtəlif ixtisaslaşmış sertifikasiya proqramlarında iştirak edib, ödəniş sistemləri, biznesin təşkili və ödəniş kartlarının idarə olunması sahələrində beynəlxalq sertifikatlara əsaslanan nəzəri və praktiki biliklərə yiyələnib. Bankda çalışdığı müddət ərzində beynəlxalq ödəniş sistemləri olan Mastercard və Visa tərəfindən təşkil edilən bir sıra seminar və təlimlərdə uğurla iştirak edərək sertifikatlarla təltif olunub.
Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)













.jpg)



