Unicapital yüksəlişdə: xalis mənfəət 55% artıb
Azərbaycanın aparıcı investisiya şirkətlərindən biri olan Unicapital 2024-cü ili mühüm maliyyə nailiyyətləri ilə başa vurub. Şirkət ötən illə müqayisədə illik gəlirini 38% artıraraq 4 milyon 470 min manata çatdırıb.
Şirkətin yaydığı press-relizdə bildirilir ki, bu artım 1 milyon 242 min manatlıq əlavə gəlir deməkdir ki, bu da Unicapital-ın bazarda mövqeyini daha da gücləndirdiyini göstərir.
Sadəcə gəlir deyil, xalis mənfəət göstəricisi də bu inkişafı əks etdirir. 2024-cü ilin yekunlarına əsasən, Unicapital-ın xalis mənfəəti 55% artaraq 346 min manat təşkil edib.
Şirkətin maliyyə uğurları 2024-cü ildə atdığı yenilikçi addımlarla birbaşa əlaqəlidir. Belə ki:
• UForex platformasında Onlayn Hesab Açılışı funksiyası istifadəyə verildi. Bu, treyderlərin zaman və məkan məhdudiyyəti olmadan hesablarını cəmi bir neçə dəqiqəyə aktivləşdirməyə şərait yaratdı. Həmçinin hər bir investor üçün Şəxsi Kabinet-dən istifadə imkanı yaradıldı. İndi istifadəçilər bütün əməliyyatlarını və hesablarını bir mərkəzdən idarə edə bilirlər.
• İnvestisiyanı daha rahat və əlçatan etmək üçün UTrader platforması Bakı Fond Birjası ilə inteqrasiya edildi. Bu addım nəticəsində BFB-də ticarəti aparılan yerli şirkətlərin səhmlərini UTrader platforması vasitəsilə əldə etmək mümkün oldu.
• Unicapital ölkədə bir ilkə imza ataraq beynəlxalq yaşıl maliyyə standartlarına uyğun istiqraz buraxılışına başladı. Bu addım şirkətin həm dayanıqlı investisiya prinsiplərinə, həm də ekoloji məsuliyyətə verdiyi önəmin göstəricisidir.
Hazırkı nəticələr uzunmüddətli planların yalnız başlanğıcıdır. Növbəti mərhələlər üçün nəzərdə tutulan strateji təşəbbüslər artıq formalaşdırılıb. Real sektorun maliyyə resurslarına çıxışını genişləndirmək və yerli korporativ qiymətli kağızlar bazarını daha da inkişaf etdirmək əsas istiqamətlər kimi ön plana çıxır. Eyni zamanda, "ESG" prinsiplərinə uyğun strategiyaların tətbiqi və inklüziv maliyyə həllərinin genişləndirilməsi də qarşıya qoyulan mühüm hədəflər sırasındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
16 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 43 d. əvvəl
- 47 d. əvvəl
- 49 d. əvvəl
- 51 d. əvvəl
- 55 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir







.jpg)








.jpg)









