Gəncədə Çin avtomobillərinin satış mərkəzi açıldı
Sentyabr ayının 20-da Çin avtomobillərinin Azərbaycanda rəsmi təmsilçisi “Sirena Motors” şirkətinin Gəncədə yeni filialı açılıb.
Şirkətin rəhbəri Mehmet Coşkun açılış mərasimində bildirib ki, “Sirena Motors” artıq 4 ildir ki, Azərbaycanda fəaliyyət göstərir. Bakı ilə yanaşı, qərb bölgəsində, o cümlədən Gəncədə Çin istehsalı olan avtomobillərə böyük maraq var.
Bununla yanaşı avtomobillərin servisi və ehtiyat hissələri üçün müştərilər Bakıya üz tutmalı olurdular. Yeni nümayəndəliyinin açılmasının da əsas məqsədi müştərilərin işi asanlaşdırmaq, daha yaxın bölgədə müştərilərə servis təşkil etməkdir. M.Coşqun əlavə edib ki, bununla belə, Qərb bölgəsində bəzi yeni modellərin də təqdimatı təşkil ediləcək.
Açılış mərasimində isə yeni “Changan Alsvin V7” modeli təqdim edilib.
Qeyd edək ki, “Alsvin V7” 125 at gücündə 1.6 l mühərriklə təhciz edilib. Sedan 100 km məsafəyə 7 litr yanacaq sərf edir. Avtomat transmissiyalı avtomobil Avro 4 standartlarına uyğundur.
Təhcizatına gəlincə, avtomobilin 2 hava yastığı,EBD+ABS sistemi,elektrikli şüşəqaldıranları, yan güzgülərin elektrik tənzimlənməsi,mərkəzi kilid sistemi, kondisioner, bort kompyuter, muman əleyhinə faraları, xrom paket, yüngül lehimli diskləri, Radio,CD,MP3, və sükan çarxında audio kontrol sistemi var.
Avtomobilin qiyməti 24800 manat təşkil edir. İlk 20 avtomobil isə zavod endirimi ilə 22 800 manata təklif edilir.
© Fins
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)









.jpg)







