“Marjanı artırmadan onu birdəfəlik ləğv edilməsi riskli addımdır”
İqtisaçı-ekspert Samir Əliyevə görə, Mərkəzi Bank marjanı artırmadan onu birdəfəlik ləğv etməsi riskli addımdır.
“Bu addım özünü dollar bolluğu şəraitində doğruldur. Əks halda kəskin devalvasiya və vəziyyətin nəzarətdən çıxması qaçılmaz ola bilər”.
Xəbər verdiyimiz kimi, Mərkəzi Bank rəsmi məzənnəyə tətbiq etdiyi 4%-lik marjanı ləğv edib. Yəni banklar dolları istədikləri qiymətə alıb-satacaqlar.
“Mərkəzi Bank 4.2 milyard dollara arxayınlaşıb marjanı artırmadan onu birbaşa ləğv etdi. Marjanın ləğvinin yeganə üstünlüyü qara bazarın aradan qaldırılması olacaq. Bu da dollar bolluğu fonunda, yəni tələbin tam ödənilməsi zamanı baş verə bilər. Dollar qıtlığı yaranacağı təqdirdə (kapital axınını sürətlənərsə, neft kəskin ucuzlaşarsa və s.) isə manatın kəskin ucuzlaşmasını sürətləndirə bilər”,- ekspert bildirib.
Əvvəllər marja daha aşağı həddə - 2% idi. Sonradan devalvalvasiya dövründə marja 4%-ə qaldırıldı. Bundan sonra marja işə düşməyə başlayanda bazarda dollar qıtlığı yarandı və marja bankların dollar satışına marağını azaltdı. Nəticədə rəsmi satışda tapılmayan dollarlar “qara bazarda” üzə çıxdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
48 d. əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 55 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)









.jpg)







