Yeni Mercedes CLS rəsmən təqdim edildi
Üçüncü nəsil Mercedes CLS seriyası, Los Angeles Avtomobil Sərgisinin açılış günündə rəsmi olaraq təqdim edilib.
Xəbər verildiyi kimi, Mercedes "Sensual Purity" adı verilən yeni dizayn fəlsəfəsinin tətbiqinə başlayıb. "Marja" xəbər verir ki, yeni Mercedes CLS-də yeni dizayna əsasən layihələndirilib. İdman dizaynını 4 qapılı gövdə ilə birləşdirən avtomobildə, köpək balığı burnu formasındakı AMG GT-yə bənzər nəfəslik (radiator barmaqlığı) istifadə edilir. B sütunu və arxa sütununda girdə bir kəmər istifadə edən Mercedes, bununla aerodinamik görüntü təmin olunduğunu qeyd edir. Arxa hissədə isə yan hissəyə nisbətən daha təmiz xətlər mövcuddur.
Yeni Mercedes CLS-də edilən ən böyük dəyişikliklər salonda görünür. Avtomobilin sərnişin yeri sayı, Çin və Amerika bazarından gələn tələb ilə əlaqədar olaraq 5 nəfərə yüksəldilmişdir. Bütün bu genişlənmələrə baxmayaraq, baqaj həcminin 520 litr olaraq qorunmuş olması maraqlı bir detaldır.
Benzin variantları CLS450 və CLS450 4matic olaraq iki versiyada satışa təqdim olunacaq. Avtomobil 362 at gücü hasil edən 3.0 litrlik 6 silindrli turbo mühərriklə təchiz olunur. Mühərrik hibritdir, elektrik dəstəkli sistem mühərrikə əlavə 21 at güc verə bilir.
Təchizat bazasında masaj xüsusiyyətli qızdırıcılı dəri oturacaqlar, ətirli kondisioner sistemi, yarı avtonom sürüş dəstəyi, Qi kabelsiz enerji doldurma və NFC ilə uzaqdan avtomobili işəsalma kimi xüsusiyyətlər yer alır. Bunlarla yanaşı, Burmester səs sistemi, Nappa dəri döşəmə variantları və ağac materialdan üzləmə kimi seçimlər da yeni CLS-nin kataloqunda yer alır.
Yeni Mercedes CLS450, gələn il satışa təqdim olunacaq. Avtomobilin başlanğıc qiyməti kimi detallar isə daha sonra açıqlanacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
10 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
10 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)















.jpg)


