Azərbaycanda pul bazarı aktivləşdiriləcək - TƏDBİRLƏR
“Marja” Proqrama istinadən xəbər verir ki, görüləcək tədbirlərdən biri aktiv pul bazarının formalaşdırılmasıdır.
Dövlət Proqramında qeyd edilir ki, pul bazarının aktivləşdirilməsi ilə nağdsız ödənişlərin genişləndirilməsi üçün bu Dövlət Proqramı çərçivəsində aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
1.Market-meyker institutunun yaradılması imkanlarının qiymətləndirilməsi:
Market-meyker institutunun tətbiqi imkanları qiymətləndiriləcəkdir. Marketmeyker institutunun yaradılması məqsədəuyğun hesab edildiyi təqdirdə, market-meykerlərin seçim meyarları (aktivlərin həcmi, sistem əhəmiyyətliliyi, təcrübəli heyət, müasir texnologiyaya çıxış, maliyyə dayanıqlılığı və s.), tələb və imtiyazları müəyyən ediləcəkdir.
2. Banklararası pul bazarının inkişafına xidmət edən infrastruktur elementlərinin inkişafı:
Bu istiqamətdə pul bazarında reprezentativ bazar faiz indeksinin, likvidliyin proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi, banklararası pul bazarında əməliyyatlar haqqında onlayn rejimdə məlumatların əldə edilməsi mexanizminin yaradılması, qeyri-rezidentlərin pul bazarında iştirakı şərtlərinin müəyyənləşdirilməsi, pul siyasəti alətlərinin kommunikasiyası kimi tədbirlər nəzərdə tutulur.
3. Qiymətli kağızlar bazarının dərinləşdirilməsi və bu əsasda banklararası REPO bazarının inkişafı imkanlarının nəzərdən keçirilməsi:
Qiymətli kağızlar bazarı və bu əsasda banklararası pul bazarı üzrə girov bazasının genişləndirilməsi nəzərdən keçiriləcəkdir. Girov bazası, ilk növbədə, ən likvid qiymətli kağızlar olan dövlət qiymətli kağızlarının və Mərkəzi Bankın qısamüddətli notlarının həcminin artırılması hesabına genişləndirilə bilər. Girov kimi istifadə oluna bilən korporativ qiymətli kağızların həcminin artırılması üçün kredit portfelinin sekyuritizasiyası mexanizminin işlənməsi tədbiri də nəzərdən keçirilə bilər. Maliyyə Nazirliyi və Mərkəzi Bank tərəfindən razılaşma əsasında makroiqtisadi sabitlik və dayanıqlıq hədəfləri çərçivəsində dövlət qiymətli kağızlarının həcminin və çeşidinin artırılması imkanları təhlil olunacaqdır. Dövlət qiymətli kağızlarının və Mərkəzi Bankın qısamüddətli notlarının həm ilkin, həm də təkrar bazarında əməliyyatların vahid elektron ticarət platformasına keçirilməsi nəzərdən keçiriləcəkdir.
Proqramda qeyd edilir ki, aktiv pul bazarı maliyyə vasitəçiliyinin gücləndirilməsində və iqtisadiyyatın maliyyə resurslarına tələbatının daha dolğun ödənilməsində əhəmiyyətli rol oynayır, maliyyə institutları tərəfindən likvidliyin effektiv idarə olunmasına şərait yaradır. Pul bazarının mövcudluğu şəraitində likvidlik maliyyə institutları arasında daim hərəkət edir, banklar iqtisadiyyatı daha fəal şəkildə kreditləşdirirlər. Banklar arasında borcvermə-borcalma mexanizminin effektiv işləməsi üçün qarşılıqlı inam əsas şərtlərdəndir. Beynəlxalq təcrübədə bazarın inkişafının ilkin mərhələsində tənzimləyici dövlət qurumunun bu mexanizmdə vasitəçi rolunu icra etməsi təcrübəsi mövcuddur. Banklararası borc əməliyyatlarını fəallaşdırmaq məqsədilə mərkəzi banklar tərəfindən, bir qayda olaraq, onların girov siyahısı genişləndirilir. Banklararası əməliyyatlar Azərbaycanda da müvafiq girovlar qarşılığında həyata keçirilir və bu səbəbdən, girov təminatı siyahısının genişləndirilməsi pul bazarının aktivləşməsinə təkan verə bilər. Təminat kimi istifadə edilə bilən qiymətli kağızların həcminin və çeşidinin məhdud olması, banklararası pul bazarı əməliyyatları üçün effektiv infrastrukturun olmaması da pul bazarının aktivləşməsinə maneə yaradır.
Dövlət Proqamı ilə ƏTRAFLI BURADAN tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
3 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
4 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 4 saat əvvəl
-
4 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
4 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı

























