“Azərmetalinvest” özəlləşdirməyə çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti özəlləşdirmə hərraclarından biri 21 may tarixində keçiriləcək. Budəfəki hərraca 19 səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketləri çıxarılıb. Səhm paketləri ümumi səhmlərin 30%-45%-ni təşkil edir. Səhmdar cəmiyyətləri paytaxt, Sumqayıt, Salyan, Bərdə kimi şəhər və rayonlarda yerləşir. Bu dövlət əmlaklarının fəaliyyət istiqamətləri iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir. Belə ki, səhmdar cəmiyyətlərindən 8-i inşaat sektoru, 6-sı aqrar sektor, 5-i isə sənaye, nəqliyyat və xidmət sektorlarına aiddir.
Şəki rayonu, Cumakənd kəndindəki “Şəki Tikinti Quraşdırma” səhmdar cəmiyyətinin torpaq sahəsi 200 min kv.m-dən çoxdur. Hərraca çıxarılan bu dövlət əmlakı tikinti quraşdırma, tikinti təmir və bərpa işləri üzrə fəaliyyət göstərir. Səhmdar cəmiyyətinin ərazisinə idarə, istehsalat, ferma binaları, sement anbarı, dülgər sexi və digər tikililər aiddir. Qeyd edək ki, “Şəki Tikinti Quraşdırma” səhmdar cəmiyyətinin özəlləşdirməyə çıxarılan səhm zərfinin nominal dəyəri 31 min 878 manatdır.
Özəlləşdirməyə çıxarılan dövlət əmlaklarından biri də Sumqayıt şəhəri, Sülh küçəsindəki “Azərmetalinvest” səhmdar cəmiyyətidir. Layihə - istehsalat və tikinti-quraşdırma sahəsində fəaliyyət göstərən müəssisənin torpaq sahəsi 92 min 414 kv.m-dir. Müəssisənin ərazisində inzibati-təsərrüfat və mexaniki təmir sexi, yeməkxana, sement anbarı, inzibati məişət binası və digər tikililər var. Adıçəkilən səhmdar cəmiyyətinin hərraca çıxarılan səhm sərfinin nominal dəyəri 58 min 673 manatdır.
Avtomobil sahibi olmaq istəyən şəxslər hərraca çıxarılan nəqliyyat vasitələri üzrə seçim edə bilər. Buraxılış illəri 2004-2011 olan nəqliyyat vasitələri Nissan, Kia və Qaz markalarına aiddir. Onların ilkin hərrac qiyməti 3 min manat və 8 min manatdır.
Hərraca çıxarılan hər bir dövlət əmlakı haqqında ətraflı məlumat komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalında (privatization.az) mövcuddur. Elektron mənbələr vasitəsilə dövlət əmlaklarının ünvanları, şəkilləri, ilkin hərrac qiymətləri və digər məlumatlarla ilə daha yaxından tanış olmaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
8 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






















.jpg)




