"Yumşaltmalara gedəndə bəlli artmalar gözləniləndir"
“Mərhələli şəkildə yumşalmaya getməyimiz davam edir. Müşahidə edirsiniz ki, yumşaltmalara gedəndə bəlli artmalar gözləniləndir”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, bu heç də o demək deyil ki, qaydalara riayət etməməliyik: “Hər bir vətəndaş qaydalara əməl etməlidir”.
Yaqut Qarayeva əlavə edib ki, koronavirusa yoluxmaların 50 faizindən çoxu Bakı və Abşeron yarımadasının payına düşür.
O bildirib ki, yaş həddinə gəldikdə, ən çox yoluxmalar 50-59 yaş qrupundadır. Onun sözlərinə görə, 10-16 avqust tarixlərində yoluxmaların sayı 651 nəfər olub.
"Bu gün sərtləşməyə getməklə bağlı ciddi dəyişiklik yoxdur"
Yaqut Qarayeva deyib ki, məqsəd yumşalmaya mərhələli şəkildə gedərək yoluxmaların sayına nəzarət etməkdir.
O bildirib ki, bu gün sərtləşməyə getməklə bağlı ciddi dəyişiklik yoxdur: “Artımları bu gün görürük. Ona görə də bəzi qərarların qəbulu gözlənilir. Əvvəlki problemlərlə yenidən qarşılaşmamaq üçün vəziyyətə ciddi yanaşmalıyıq. Hazırda artım var. Amma vəziyyət nəzarət altındadır”.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Elnur Azadxanov bildirib ki, hamı, o cümlədən də həkimlər yumşalma istəyir: “Amma yumşalmaya gedərkən hamı bu qərarı verən insanlara kömək etməlidir. Bir-birimizə yardımçı olsaq, bu xəstəliyə qalib gələ biləcəyik. Evdən həyətə düşəndə maskasız mağazaya daxil olanlara təsir etmək lazımdır. Burada vicdan məsələsi var. Bunu hər kəs düşünməlidir. İnsanlar bütün sualları dövlət strukturlarına yönəldir. Dünyada bütün pandemiyalar bitib. Bu gün karantinlə xəstə sayının azaldılması ideal yol deyil. Amma bunun alternativi yoxdur. Hazırda dünya karantin rejimini əsas götürür. Biz də buna uysaq, xəstəliyin yayılma tempini azaldacağıq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 27 d. əvvəl
-
-
43 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)
.jpg)
















