Qızıl Fed-dən sonra "kəlləmayallaq oldu"
Qızıl, ABŞ Mərkəzi Bankının (Fed) proqnozlarındakı dəyişikliklər və Fed sədrinin açıqlamalarından sonra 8 Yanvardan bu yana günlük ən böyük nisbətdə ucuzlaşıb.
Marja xəbər verir ki, qızılın qiyməti 1800 dollardan da aşağı düşərək 1777 dollar səviyyələrinə geriləyib. Dünən Bakı vaxtı ilə saat 22:00-dan bu yana qızılın unsiyası 84 dollar və ya 4,5% ucuzlaşıb.
Fed, faizin artırılması daxil, şərtlərini gözləniləndən daha erkən sərtləşdirməyə başlaya bilər. Buna dair narahatlıqlar qızılın ucuzlaşmasına səbəb olur.
Fed sədri Jerome Powell-in çərşənbə günü keçirdiyi mətbuat konfransında, maliyyə bazarlarını və iqtisadiyyatı dəstəkləmək üçün istifadə edilən qiymətli kağız alışı proqramının azaldılması ilə əlaqədar müzakirələrin başlaya biləcəyini söyləməsi qızıl qiymətləri üzərində təzyiq yaradıb.
Fed-in yaydığı proqnozlara görə, 2022-ci ildə 1 dəfə, 2023-cü ildə 2 dəfə faiz artırılması nəzərdə tutulur. Belə bir faiz artırılması təqvimi faizin artırılmasına bazardakı bir çox aktyorun gözlədiyindən daha erkən başlayacağına işarə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 8 d. əvvəl
-
-
14 d. əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 54 d. əvvəl
- 55 d. əvvəl
-
58 d. əvvəl
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Ən çox oxunanlar
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti
Dünyanın ən dəyərli markaları
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan neftinin qiyməti azalıb

























