İraq vəTotal-dan 27 milyard dollarlıq müqavilə
Fransa şirkət Total (TotalEnergie) və İraq hökuməti neft və qaz hasilatına, həmçinin İraqda günəş enerjisinin inkişafına 27 milyard dollar sərmayə qoyulması haqqında müqavilə imzaladı.İraqın neft naziri İhsan Abdul Jabbar, Fransanın iri neft şirkəti Total ilə ölkənin cənubunda dörd nəhəng enerji layihəsi üzrə 27 milyard dollarlıq müqavilə imzaladıqlarını açıqlayıb.
Marja xəbər verir ki, müqavilə neft və qaz hasilatına, həmçinin İraqda günəş enerjisinin inkişafına 27 milyard dollar sərmayə qoyulması haqqındadır.
Nazir, "Bu, bir Qərb şirkətinin İraqdakı ən böyük sərmayəsidir", - deyib.
"TotalEnergies" ilə bağlanan müqavilə 4 layihəni əhatə edir: dəniz suyunun neft yataqlarına çatdırılması, ölkənin cənubunda günəş panellərinin quraşdırılması, habelə qazın hasilatı və istismarı üzrə iki layihə.
Total-ın İcraçı direktoru Patrick Pouyanne imza mərasimində etdiyi açıqlamada, layihədə 10 milyard dollarlıq ilk sərmayə ilə addım atacaqlarını və mühəndislik işlərinin "dərhal" başlayacağını söyləyib.
Jabbar, həmçinin Total-ın Qərbi Qurna 2, Majnoon, Artawi, Tuba və Luhaisin cənubunda qurulacaq qaz emalı zavodu üçün 2 milyard dollar vəsait təmin edəcəyini açıqlayıb.
Jabbar, layihə ilə gündə təxminən 8 milyon kub metr qaz çıxarılmasının hədəfləndiyi və ikinci fazdan sonra bu miqdarın iki dəfə artmasının gözlənildiyini söyləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
22 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
-
- 23 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
2 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib




























